Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i

Yeni kitablar
Natalya Dadaşova. "Cəlal Abbasov"
8 İyun , 2016

Sarsılmaz dayaq və cəsarətli novator ideyaların möcüzəli qovuşması yeni nəsil sənətkarlıq yaradıcılığının əsasını təşkil edir. Bu nəsil sənətkarlarının sırasında istedadlı Azərbaycan bəstəkarı, pedaqoq, etnomusiqişünas, Azərbaycanın Əməkdar incəsənət xadimi, BMT mükafatı laureatı Cəlal Əşrəf oğlu Abbasov da daxildir.

Geniş erudisiya, müasir dünya incəsənətində baş verən proseslərə qarşı daimi maraq və diqqətlə, milli ənənələrə hörmətlə yanaşma - bu xüsusiyyətlər bəstəkarın simasına xas olaraq, onun bədii kredosunu formalaşdırmışdır.

35 illik yaradıcılıq təcrübəsinə malik olan Cəlal Abbasovun çoxjanrlı əsərləri Azərbaycanın müasir musiqi mədəniyyətində layiqli yer tutaraq, onu dünyanın müxtəlif ölkələrdə - ABŞ-da, Almaniyada, Avstriyada, Cənubi Koreyada, İndoneziyada, Özbəkistanda, Rusiyada, Gürcüstanda, Ukranyada uğurla təmsil edir.

Qara Qarayevin tələbəsi, öz sənətinə hədsiz dərəcədə sadiq bəstəkar C.Abbasov, eyni zamanda öz vaxtını, enerjisini, səbrini musiqi tədrisinə həsr edən gözəl pedaqoqdur. 
Bəstəkar Cəlal Abbasov haqqında yazdığı Natalya Dadaşovanın bu monoqrafiyası musiqisevərlər üçün nəzərdə tutulmuşdur.