Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i

Ən çox oxunan kitablar
Mirzə Ələkbər Sabir "Hophopnamə". İki cilddə I cild
29 Yanvar , 2015

Mirzə Ələkbər Sabir min illik  ədəbiyyat tariximizin geniş göylərini bəzəyən bənzərsiz sənət ulduzudur. Onun "Hophopnamə"si başdan -ayağa  zülmə, ətalətə etiraz, insan haqqına və heysiyyətinə qarşı çevrilmiş hər şeyə üsyan ittihamnamədir.

Fitrənin milli və xəlqi şair olan sabir xalqın ictimai-sosial və psixoloji dərdlərini son dərəcə dəqiqliyi ilə və ürək yanğısıyla deyən, fəryadında gülən, gülüşündə ağlayan vətəndaş sənətkardır. Qüdrətli şair oxucusunu da bütün bu dərdlərin alovuna bürüməyi, onu da özü qədər alovlandırmağı bacarmışdır.Bəzən satiranı belə üstələyən, ürək parçalayan lirikasıyla Sabir bu gün də müasiridir. 

Sabir əsərlərinin tam külliyyatı olan  bu ikicildliyin birinci cildinə  şairin 1906-1910-cu illərdə yazmış olduğu satirik şeirlər toplanmışdır. Cild  xronoloji prinsip əsasında hazırlanmışdır.