Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i

Metodiki vəsaitlər
"Azərbaycan xalq Cumhuriyyəti" başlığı altında metodiki vəsait
1 May , 2015

Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cumhuriyyəti)- Yaxın Şərqdə ilk demokratik dövlətdir. Bu gün Ümummilli liderimiz Heydər Əliyev ideyaları ilə inkişaf edən Azərbaycan qədim və dərin dövlətçilik tarixinə malikdir. Bu bir həqiqətdir ki, tarixin hər bir dönəmində Azərbaycan fəxr edə biləcəyi bir dövlətə və dövlətçilik ənənəsinə malik olub. Bu şanlı, öyünüləcək tarixi dönəmlərdən biri də 1918-1920-ci illərdə cəmi 23 ay yaşayan, bununla belə, Şərqin ilk demokratik ölkəsi kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu zaman kəsiyidir. Məhz ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, XX əsrin sonunda ikinci dəfə müstəqil olmaq şansı əldə edən Azərbaycanın qurduğu dövlət 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Cənubi Qafqaz regionu, xususilə də Azərbaycan hər zaman öz strateji yerləşimi, münbit şəraiti, o cümlədən,sərvətləri ilə işğalçı ölkələrin diqqət mərkəzində olub. Bunun nəticəsidir ki, tarixin hər məqamında vətənimizə göz dikən, işğal etmək arzusunda olan müstəmləkəçilər tapılıb. Bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimlərindən sayılan çar Rusiyası da Azərbaycanı əsarətdə saxlamaq üçün daim mübarizə aparıb.Əsarət altına salınan türk-müsəlman xalqlarının milli mənlik şüurunu və qədim dövlətçilik ənənələrini məhv etmək siyasəti yerindən çar Rusiyası Cənubi Qafqazı bu siyasətin ən dəhşətli qanlı qırğın meydanına çevirmək, orada sadəcə kütlədən ibarət bir toplum yaratmaq istəyirdi. Bunun üçün isə insanlar fiziki tərəflə yanaşı, mənəvi cəhətdən də məhv etmək lazım gəlirdi.
I Dünya müharibəsinin gedişində “xalqlar həbsxanası” sayılan Rusiya imperiyasının dağıdılması üçün real tarixi şərait yarandı. Həm qədim dövlətçilik ənələrinə , həm də müasir iadrəçilik mədəniyyətinə yiyələndiyi üçün müstəqil dövlət halında yaşamağa hazır Azərbaycanda da istilaliyyətlə bağlı fəaliyyətə başlanıldı. Azərbaycan ziyalılarının mühüm bir hissəsi , o cümlədən Əlimərdan Topçubaşov başda olmaqla peşəkar hüquqşünaslar Rusiyanın Dövlət Dumalarında zəngin parlametçilik təcrübəsi qazanmışdır. Onlar nifrət etdikləri və qəddar milli müstəmləkə zülmünün hökmranlıq etdiyi Rusiya mütləqiyyətindən tamamilə fərqlənən , bütün hüquq və azadlıqların təmin olunduğu ən demokratik respublika sitemi yaratmağa hazır idilər. Azərbaycan Xalq Cumhuriyyəti xadimlərinin demokratik dövlət yaratmaq ideyaları onların hələ Rusiya Dövlət Dumalarında fəaliyyət göstərdikləri dövrdə formalaşmışdı. Buna görə də, Azərbaycan Xalq Cumhuriyyətinin parlamentli respublika kimi formalaşması tarixi reallıqdan doğurdu.
1917-ci ilin fevralında Rusiyada Romanovlar mütləqiyyətinin devrilməsi ilə başlanan proses müəyyən məərhələlərdən keçməli oldu. Hakimiyyətə gələn Müvəqqəti hökümət Cənubi Qafqazın idarəçiliyi üzrə Xüsusi Komitə yaratdı, amma Müvəqqəti hökümət uzun müddət hakimiyyətdə qala bimədi. 1917-ci ilin oktyabrındakı hakimiyyət çevrilişi nəticəsində Cənubi Qafqazdan Rusiyanın Müəssisələr Məclisinə seçilən deputatlar Petroqrada və Moskvaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Zaqafqaziyanın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini, başqa sözlə, Zaqafqaziya Parlamentini yaratdılar. Zaqafqaziya Seymində Müsəlman Fraksiyasını müəssisələr Məclisinə seçkilər zamanı Azərbaycanı, habelə bütün Cənubi Qafqazın 1milyondan çox türk-müsəlman seçicisinin səsini qazanmış 44 deputat təmsil edirdi. Zaqafqaziya Seyminin Müsəlman Fraksiyası, faktiki olaraq, Zaqafqaziya Müsəlman Şurası, daha doğrusu Zaqafqaziya Müsəlman Parlamenti funksiyasını yerinə yetiridi. Zaqafqaziya Seyminin ən aktiv üzvüləri olan Azərbaycan nümayəndələri 1918-ci il aprelin 9-da Zaqafqaziya Seymi Zaqafqaziyanın müstəqilliyini elan etdi və Birləşmiş Zaqafqaziya Cümhuriyyəti yaradıldı. Bununla belə, istər daxili, istərsə xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərin ortaya çıxması Zaqafqaziya Seymini dağıtdı və mayın 25-də gürcü nümayəndələr, mayın 27-də Seymin Müsəlman Fraksiyası Seymdən ayrıldıqlarını elan etdilər. Zaqafqaziya Müsəlman Şurasının ayrıca iclasında isə Azərbaycanın müstəqilliyinin elan edilməsinə qərar verildi. 1918-ci il mayın 27-də keçirilin həmin iclasda Azərbaycan Milli Şurasının Rəyasət Heyəti və sədri seçildi. M.Ə.Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. Həmin iclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsibbəy Usubbəyov, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əskər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şaxtaxtiniski, Firidun bəy Köçərliniski, Camo bəy Hacıniskki, Şəfi bəy Rüstəmbəyov, Cavad Məlik- Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İSTİQLAL BƏYANNMƏSİNİ qəbul etdilər.
30 may 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərildi. Dünyanın aparıcı dövlətlərinin xarici işlər nazirlikləri Azərbaycanda müstəqil respublikanın yaradılması haqqında informasiya aldılar. Radioteleqramlar İstanbula, Berlinə, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya, Stokholma, Tokioya, və digər paytaxlara göndərilmişdi.
24 iyun 1918-Azərbaycan Xalq Cunhuriyyətinin ilk baayrağı qəbul edildi. Hökümətin qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Cumhuriyyətinin müvəqqəti rəmzi elan edildi. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin noyabrında qəbul olundu.
1918-ci il iyunun 26-da Azərbaycanın ilk Milli Ordu hissəsi -əlahiddə diviziya yaradıldı. Həmin dövrdə Cümhuriyyət hökümətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ilə birlikdə (“Qafqaz İslam Ordusu”) Nuru paşanın komandalığı altında “Bakı Kommunas”nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra, avqustun 1-də verildi. Nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildilər.
İstiqlal bəyannaməsi bütün türk-müsəlman dünyasında, ümumiyyətlə, bütün Şərqdə, ilk dəfə olaraq Azərbaycanda ən demokratik respublika idarə üsulunun –parlamentli respublikanın yaradıcılığından xəbər verirdi. Azərbaycan Milli Şüranın İstiqlal Bəyannaməsində göstərilirdi ki, artıq Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi,Cənubi -Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir. Müstəqil Azərbaycan dövlətinin idarə forması isə Xalq Cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir. “Azərbaycan Xalq Cümhuriyyəti bütün milliliyindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən aslı olmaayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaaşlarına siyasi və vətəndaşlıq hüququ təmin edir. Azərbaycan Xalq Cümhuriyyəti öz daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır. Müəssisələr Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan “Müvəqqəti hökümət durur”.
Azərbaycan Mili Şuraası həmin iclasda, eyni zamaanda, bitərəf Fətəli xan Xoyskinin başçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin ilk Müvəqqəti Hökümətinin tərkibini də təsdiq etdi. İlk Müvəqqəti Hökümət bu tərkibdə idi.

Fətəli xan Xoyski-Nazirlər Şurasının sədri və daxili işlər naziri
Xosrov Paşa bəy Sultanov –Hərbi nazir
Məmməd Həsən Hacınski- X arici işlər naziri
Nəsib bəy Usubbəyov-Maliyyə naziri və Xalq Maarif naziri
Xəlil bəy Xasməmmədov –Ədliyyə naziri
Məmməd Yusif Cəfərov-Ticarət və sənaye naziri
Əkbər Ağa Şeyxülislamov- Əkinçilik naziri və əmək nazri
Xudadat bəy Məlik-Aslanov – Yollar nazri və poçt –teleqraf naziri
Camo bəy Hacınski –Dövlət nəzarətçisi

Gənc Azərbaycan dövləti son dərəcə mürəkkəb daxili və beynəlxalq şəraitdə yaranmışdı. Bakıda hakimiyəti S.Şaumyanın başçılıq etdiyi daşnak –bolşevik güruhu ələ keçirmişdi və Azərbaycanın türk-müsəlman əhalisinə qarşı dəhşətli soyqırımına 
başlanılmışdı. Çar generalları tərəfindən silahlandırılan erməni quldur dəstələri Şərqi Anadolunun və Qərbi Azərbaycanın türk müsəlman əhalisinə divan tuturdu. Azərbaycan xalqı fiziki cəhətdən məhv edilmək təhlükəsi qarşısında idi. Neft Bakısını ələ keçirməyə çalışan xarici qüvvələr arasında rəqabət sona çatmaqda və bütün Cənubi Qafqaz üçün yeni təhlükə- bolşevik Rusiyasının təcavüzü təhlükəsi yaxınlaşmaqda idi. Azərbaycan xalqı öz tarixinin ağır yolayrıcında qalmışdı.: ya Mili Qurtuluş, ya da ki,məhv edilərək Cənubi Qafqazın etnik-siyasi xəritəsindən tamamilə silinib götürülmək, Azərbaycaanı müstəqil dövlət elan edən Cümhuriyyət xadimləri məhz belə bir tarixi şəraitdə çaşqın vəziyyətə düşmüş və çıxış yolu tapa bilməyən xalqın önünə keçdilər.
1918-ci il iyunun 16-da Milli Şura və hökümət özünün fəaliyyət mərkəzini Gəncəyə köçürdü. Ölkədə yaranan real vəziyyəti nəzərə alan Azərbaycan Milli Şurası iyunun 17-də Gəncədə iki mühüm qərar qəbul etdi: öz fəaliyyətini müvəqqəti olaraq dayandırdı; bütün hakimiyyəti (həm qanunvericilik, həm də icra hakimiyyətini) Müəssisələr Məclisi çağrılanadək F.Xoyskinin sədrliyi ilə yaradılan yeni –ikinci Müvəqqəti hökümətə həvalə etdi. Azərbacan Milli Şurası çətinkilə əldə olunan istiqlalın itirilməsindən ehtiyatlanaraq qısa müddət ərzində Müəssisələr Məclisini çağırmağı nəzərdə tutmuşdu. O vaxta qədər isə F.Xoyski höküməti hakimiyyəti öz əlində saxlamalı,heç kimə güzəştə getməməli idi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamenti- Azərbaycan Milli Şurası özünün ilk addımlarını atmağa başladı. Azərbaycan Milli Şurasının 1918-ci il mayın 27-dən iyunun 17-dək davam edən və cəmi 20 gün sürən ilk fəaliyyəti dövründə cəmi 7 iclası keçirildi və bu iclaslarda başlıca olaraq iki mühüm qərar qəbul edildi: birincisi-Azərbaycanın istiqlaalı elan olundu və İstiqlal Bəyannaməsi qəbul edildi; ikincisi-Gəncədə Fətəli xan Xoyski başda olmaqla ilk Azərbaycan höküməti formalaşdı. Təcili olaraq müstəqil Azərbaycanın dövlət quruculuğuna başlanıldı. Hökümət yaranan vəziyyətdən çıxmaq üçün ilk günlərdən qəti tədbirlərə əl atdı. İyunun 26-da Müsəlman hərbi körpüsü ayrıca Azərbaycan Körpüsünə çevrildi və müstəqil Azərbaycan ordusu yaradıldı. İyun ayının 15-də Fövqəladə Təhqiqat Komissiyası yaratmaq barədəə qərar qəbul olundu. Komissiya I Dünya müharibəsi dövründə bütün Cənubi Qafqaz ərazisində türk-müsəlman əhaliyə törədilən soyqırımı, vəhşiliklərini və onların əmlakının talan olunması məsələlərini araşdırıb cinayətkarları məhkəmə məsuliyyətinə cəlb etməli idi. Avqustun 11-də hərbi mükəlləfiyyət haqqında qərar qəbul olundu. Avqustun 23-də Xalq Cümhuriyyətinin vətəndaşlığı haqqında fərman verildi. Bütün bunlarla yanaşı, F.Xoyski hökümətinin başlıca vəzifəsi ölkənin bütün ərazisində Azərbaycaan Xalq Cümhuriyyətinin hakimiyyətini bərqərar etmək, Bakını və onun ətraflarını Azərbaycan xalqının düşmənlərindən təmizləmək idi. 
1918-ci il sentyabrın 15-də ağır döyüşlərdən sonraa Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını düşmənlərdən azad etdi. Şəhər S. Şaumyanın boşevik-daşnak rejimindən sonra hakkimiyyəti ələ keçirmiş menşevik-daşnaklardan ibarət “Sentrokaspi diktaturası”ndan təmizləndi.
1918-ci il sentyabrın 17-də F.Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti höküməti Bakıya köçdü, Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi. Noyabrın 9-da isə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət barağı üzərində aypara və səkkizguşəli ulduz təsviri olan üçrəngli bayraqla əvəz olundu. İctimai-siyasi, iqtisadi və mədəni həyatın müxtəlif sahələrində quruculuq işləri genişləndirildi. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına sadiq qalan F.Xoyski höküməti, eyni zamanda, Müəssisələr Məclisinin çağrılması üçün hazırlıq görməyə başladı.
Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-da, M.Ə. Rəsulzadənin sədirliyi ilə keçirilən iclasında Azərbaycan Parlamentçiliyi tarixinin çox mühüm qərarları qəbul olundu. O, zaman Azrbaycan Xalq Cümhuriyyətinin fövqəlada dərəcədə çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti son dərəcə demokratik inkişaf yolu tutdu. 19 noyabr tarixli həmin iclasda qeyd olundu ki, Azərbaycan ərazisində yaşayan bütün millətlər parlamentdə təmsil olunmalıdır. Azərbaycan Milli Şurası öklə əhalisinin (2 mln. 750 min nəfər) hər 24 min nəfərinə 1 nəfər nümayəndə hesabı ilə 120 nəfərdən ibarət olmalı idi. Onlardan 80 nəfər müsəlmanları, 21 nəfər erməniləri, 10 nəfər rusları. 1 nəfər almanları və 1 nəfər yəhudiləri təmsil etməli idi. Sayları çox az olduğu üçün , parlament seçkilərində iştirak etmək hüquqları olmadığı halda,gürcülər və polyaklar da hərəsinə bir deputatla parlamentdə təmsil olunmalı idilər.
1918-ci il dekabrın 7-də saat 13-də H.Z.Tağıyevin qızlar məktəbinin binasında (hazırda Füzili adına Əlyazmalar İnstitunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açlışı oldu. Bu bütün müsəlman Şərqində o dövrün ən demokratik prrinspləri əsasında formalaşdırılan ilk parlament idi. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev isə onun birinci müavini seçildi.
Azərbaycan Xalq Cumhuriyyəti 23 ay yaşamasına baxmaayaraq, çox mühüm qərarlar qəbul etdi. Cümhuriyyət Parlamentinin 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul etdiyi qanun xüsusi əhəmiyyətə malikdir. Milli universistetin açılması Cümhuriyyət xadimlərinin doğma xalq qarşısında çox mühüm tarixi xidməti idi. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, Cümhuriyyət ideyalarının yaşamasında və xalqımızın yenidən müstəqilliyə qovuşmasında Bakı Dövlət Universiteti misilsiz rol oynadı.
Təəssüf ki, XX əsrin əvəllərində yaranan müstəqil Azərbaycan Cümhuriyyətinin ömrü çox qısa oldu. 1920-ci ilin aprelində bolşevik Rusiyasının Azərbaycana hücumu zamanı Gürcüstan bu öhdəliyə deyil, özünün müstəqilliyinin tanınması barədə ruslarla separat danışıqlara üstünlük verdi. 
27 aprel 1920- Bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olub. Bu vaxt Xalq Cümhuriyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi, azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət göstərə bilməmişdi. Bolşevik rəhbərliyi- Azərbaycan K(b) P MK və Rusiya K(b) P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verib. Vəziyyəti real dəyərləndirən parlament gərgin müzakirələrdən sonra ultimatumla razılaşıb və axşam saat 23.45-də hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edilib. Parlamentin qərarında Azərbaycanın istiqlanın və ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, siyasi partiyalara fəaliyyət azadlığı , Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin olmaması barədə şərtlər yer almışdı. Lakin bolşeviklər bu şərtlərin heç birini saya salmadı.Bundan sonra Azərbaycan Sovet Sosiolist Respublikası yaradıldı.
Amma bu qısa yolda mühüm qərarlarla yadda qalan Mili Hökümətimiz bu gün də qədirbilən xalqımız tərəfindən anılır və dəyərləndirilir. Ulu öndər Heydər Əliyev hər zaman Milli Hökümətin yaradıcılarına xüsusi ehtiram göstərib və Azərbaycan Xalq Cümhuriyyətinin tarixinin, irsinin öyrənilməsini vacib sayıb.

İstifadə olunmuş ədəbiyyat

İnsanlara hürriyət, millətlərə istiqlal!
M.Ə.Rəsulzadə
1. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) (Mətn): C.1./ Baş redaktor Yaqub Mahmudov.-Bakı,2004.-437s.
2. Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) (Mətn): C.2./ Baş redaktor Yaqub Mahmudov.-Bakı,2004.-469s.
3. Azərbaycan Milli Ensiklopediyası (Mətn) / Redaksiya heyətinin sədri İlham Əliyev.-Bakı,2007.-882s.
4. Azərbaycan tarixi (Mətn): C.V. / Redaktor Mahmud İsmayılov.- Bakı,2008.-696s.

Haqq verilməz, alınır! Budur, türk inqilabının təsdiq etdiyi əski həqiqət!
M.Ə.Rəsulzadə
5. Azərbaycan Demokratik Respublikası (Mətn):(Məqalələr toplusu) / Redaktoru Vilayət Quliyev.-Bakı, 1992.-191s.
6. Azərbaycan Demokratik Respublikası: Azərbaycan hökuməti (1918-1920) (Mətn) / Redaktoru Hidayət.-Bakı, 1990.-96s.
7. Əhmədov S. Azərbaycan tarixində 100 şəxsiyyət (Mətn). -Bakı, 2006.-267s.
8. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti (Mətn). -Bakı, 1990.-116s.
9. Rəsulzadə M.Ə. Əsərləri (1990-1914) (Mətn). -Bakı, 2001.-528s.
10. Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920): (Mətn). -Bakı, 1993.-361s.
11. Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti (Mətn). -Bakı, 2005.-751s.
12. Nəzirli Ş. Azərbaycan Generalları (Mətn). -Bakı, 1990.-208s.
13. Paşayev A. Cümhuriyyət Parlamentinə gedən yol (Mətn). -Bakı, 2005.-88s.
14. Azərbaycan Xalq Cümhuriyyəti-90: (1918-1920)(Biblioqrafiya)-Bakı, 2008.-265s.