Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i

Metodiki vəsaitlər
Cəfər Cabbarlının anadan olmasının 115 illiyi ilə əlaqədar "Böyük sənətkar" başlıqı altında metodiki vəsait
1 May , 2015

Böyük Füziliyə ruh verən əllər
Özünü tarixə göstərən əllər
İşini vaxtında bitiricəkdir.
Hər zaman Cəfəri yetirəckdir!

 

Cəfər Cabbarlı Azərbaycan dramarturgiyasının banilərindəndir.
Cəfər Cabbarlı elə bir müdrikdir ki, onun yaradıcılığı haqqında danışmaq üçün bir insan ömrü bəlkə də azlıq edər.
C.Cabbarlı 1899-cu il martın 20-də Abşeron (keçmiş Xızı) rayonun Xızı kəndində anadan olmuşdur. İlk təhsilini Bakıda “Rus-tatar” məktəbində oxumuşdur. Sovet hakimiyyəti illərində ADU-nun Şərq fakultəsini,eyni zamanda teatr texnikiminu bitirmişdir.
C.Cabbarlı ilk yaradıcılığı fəaliyyətiə məktəb yaşlarından başlamışdır. Sovet hakimiyyəti illərində isə kamil bir sənətkar kimi tanınmışdır.
C.Cabbarlı mürəkkəb ictimai, siyasi və ideya mübarizəsi prosesində yaşayıb yaratmışdır. Onun yaradıcılıq həyatı mühitin gərgin zidiyyətlərindən keçmiş, ideya döyüşlərində tədricən bərkimişdir.
C.Cabbarlı yaradıcılığı çox rəngarəngdir.O,şair,nasir,dramaturq və publisist kimi tanınmışdır. C.Cabbarlı şeirlər, hekayələr, dram əsərləri, kinosenarilər, opera liberettaları yazmış, Tolstoyun, “Uşaqlıq”,Şeksipirin “Hamlet,” “Otello”,Şillerin "Qacaqlar”,Bomerşenin” “Fiqaronun toyu”, H.Uelsin “Yeraltı dünya” və s. əsərləri Azərbaycan dilinə tərcümə etmişdir.
C.Cabbarlı bir sənətkar kimi yaşadığı həyatın mənsub olduğu xalqın arzu və idealını dərindən duyur, dərk edir və onun bədii lövhəsinin , obrazlı mənzərəsini yaradırdı.O, əhatə olunduğu insanların,əmək adamlarının mənəviyyatında baş verən təkamülü, psixologiyasındakı yeniləşmə prosesini canlandırırdı.
Dramaturq “Od gəlini”, “Almaz”, “Sevil” 1905-ci ildə “Aydın” “Yaşar” və.s. kimi səhnə əsərləri yaratmışdır. Ümumiyyətlə C.Cabbarlı dramaturgiyası coşqun bir istedadın,dərin ağlın bəhrəsi kimi meydana gəlmişdir.
2014-cü il mart ayının 20-də C.Cabbarlının anadan olmasının 115 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə 2014-cü ildə C.Cabbarlının anadan olmasının 115 iliyi münasibətilə rəngarəng kütləvi tədbirlər keçiriləcəkdir.
Bununla əlaqədar olaraq kitabxanaların qarşısında mühüm vəzifələr durur. 
Belə ki, C. Cabbarlı yaradıcılığının geniş oxucu kütləsi arasında təbliğ etmək üçün kitabxanalarda kitab sərgiləri , oxucu konfransı, ədəbi-bədii gecələr, sual-cavab gecələri, şair və yazıçılarla, ədəbiyyatşünaslarla görüşlər və s. təşkil edilməlidir.Kitabxanaçılar hər hansı bir kütləvi tədbiri keçirərkən ilk növbədə tədbirin forma və məzmununu müəyyənləşdirməlidir.
Məsələn, kitabxanaçılar dramaturqun yubleyi ilə əlaqədar ədəbi-bədii gecələrin keçirilməsinə daha geniş yer verməlidirlər. Çünki, C.Cabbarlı yaradıcılığı müxtəlif mövzularda ədəbi-bədii gecələrin keçirilməsi üçün daha geniş material verir.
Ədəbi-bədii gecələr öz rəngarəng xarakterinə görə digər tədbirlərdən seçilməlidir.
C.Cabbarlının ədəbi irsi ölməzdir, o bu gün də öz ideya və bədii dəyərini saxlayır. Bu məqsədlə də ədəbi-bədii gecələr keçirilərkən, öz fəaliyyət dərnəklərinin gücündən səmərəli istifadə edərək, dramaturqun əsərlərindən parçalar oxunmalı, səhnəciklər göstərilməlidir.Bədii parçalar elə seçilməlidir ki, dinləyicilərin marağına səbəb olsun.
C.Cabbarlının həyat və yaradıcılığını təbliğ edilməsində ən yaxşı kütləvi tədbir formalarından biri də sual-cavab gecələridir. Həmin tədbirləri təşkil edərkən o suallar elə tərtib olunmalıdır ki, bunlar C.Cabbarlının həyat və yaradıcılığı haqqında oxucuların geniş və hərtərəfli məlumat əldə etmələrinə imkan yaratsın.
Məsələn:
I.-ci sual.- C.Cabbarlının yaşadığı dövr və muasirləri haqqında nəyi bilirsiniz?
2-ci sual-C.Cabbarlının hansı dram əsərlərində Xalqlar dostluğundan kamil nümunələr yaratmışdır?
3-cü sual.- C.Cabbarlının hansı dram əsərlərində qadın azadlığı,köhnəliklə yeniliyin müqayisəsi öz əksini tapmışdır?
4-cü sual - C.Cabbarlı hansı məşhur yazıçıların əsərlərini dilimizə tərcümə etmişdir?
5-ci sual-.C.Cabbarlının poeziya, nəsr yaradıcılığı və ədəbi-tənqidi məqalələri haqqında nə bilirsiniz?
Bu sual –cavab gecələrinə dil-ədəbiyyat müəllimlərini, ədəbiyyat həvəskarlarını, yuxarı sinif şagirdlərini mütləq cəlb etmək lazımdır.
C.Cabbarlının yubiley tədbirləri sırasında görüşlərin təşkil edilməsi məqsədə uyğundur. Həmin görüşlərə qocaman şair və yazıçıları, ədəbiyyatşünasların “C.Cabbarlı” ev muzeyinin əməkdaşlarını və yaxın qohumlarının da dəvət edilməsi tədbirlərin daha da maraqlı və məzmunlu keçirilməsinə səbəb ola bilər.
Məlumdur ki, kitabların təbliğində əyani təbliğat formaları ən güclü təsirə malikdir. Kitabxanalarda sərgilər, dram əsərləri üzrə fotomontaj təşkil edilməlidir.
Aşağıdakı sərgi başlıqlarından istifadə edə bilərsiniz:
-“C.Cabbarlının anadan olmasının 115 illiyi”
-“C.Cabbarlı -115”
-“C.Cabbarlının müasirləri”
-“Ədəbiyyatımızın fəxri”
-“Böyük sənətkar”
-“Əsrin oğlu” 
-“C.Cabbarlı və müasirlik”
-“Mənalı ömrün bəhrəsi”
-“Həmişə yaşar istedad”
Fotomontajlar üçün başlıqlar
-“Sevilin ekran tarixi”
-“C.Cabbarlı və teatr”
-“C.Cabbarlının faciə qəhrəmanları”
-“C.Cabbarlının qəhrəmanları ekranda”
-“Əsrin oğlu”
Yubiley tədbirləri sırasında C.Cabbarlının həyat və yardıcılığına həsr olunmuş məruzə və mühazirələrin keçirilməsinin böyük əhəmiyyəti vardır.
Aşağıda göstərilən məruzə və mühazirələr dinləyicilərin bədii söz ustadı C.Cabbarlının ədəbi fəaliyyəti ilə ətraflı tanış olmalarına kömək göstərər: 
-“C. Cabbarlının həyat yaradıcılığı”
-“C.Cabbarlının dramaturgiyası”
-“C.Cabbarlının əsərlərinin nəşri və səhnə tarixi haqqında” 
-“Böyük sənətkar”
-“Bahar oğlu”
-“C.Cabbarlının romantik qəhrəmanları”
Dramaturqun əsərlərinin biblioqrafik icmalı, kitab müzakirələri və s. tədbirlərin təşkili məqsədə uyğundur.
Oxucuları dramturqun həyat və ədəbi fəaliyyəti ilə ətraflı tanış etmək üçün kitabxanalarda mütləq şəxsi kartoteka tərtib edilməlidir:
-“Ədəbiyyatımızın fəxri”
-“Sənət əsərləri”
-“Həmişə yaşar istedad”