Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i

Metodiki vəsaitlər
“Navator və böyük söz ustadı” başlığı altında metodiki tövsiyyə
25 May , 2015

Oxucu qəlbində yaşayan dərin düşüncəli Azərbaycan xalq şairi R.Rzanın anadan olmasının 105 illiyi əlaqədar metodiki tövsiyyə 

XX əsr Azərbaycan poeziyasının əzəmətini, gücünü,sənətkarlığını özündə toplayan ən qüdrətli şairlərimiz sırasında  Rəsul Rzanın adı xüsusi yer tutur.1930-cü ildə Rəsul Rza Bakıya köçmüşdür. Bakı mühütü şairin dünya görüşünün  formalaşmasına, bədii  inkişafına ciddi  təsir  göstərmişdir. O,1930 –cu ildə ”Gənc işçi” qəzeti redaksiyasında tərcüməçi vəzifəsində çalışmışdır. Şair rus bədii ədəbiyyatı mütailə etməklə rus dilini mükəmməl öyrənmişdir. 1931-ci ildə onun bir neçə şeirləri çapdan çıxmışdır. “Çapey ”adlı ilk şeirlər kitabında çin xalqlarının azadlıq uğrunda apardığı qəhrəman mübarizəsindən danışılırdı.  Şairin “Bolşevik yazı” şeiridə bu kitaba daxil edilmişdir. Bu şeiriilə Rəsul   Rza geniş ədəbi ictimaiyyətin diqqətini cəlb edirdi.  ”Bolşevik yazı” şeiri müəllifin  həyata,  ictimai  hadisələrə  qayğı və münasibətini ifadə edən ilk əsəri idi. 1934-1937 ci  illərdə şair Moskvada kinomotoqrafiya institutunda oxumuşdur. 1937 ci ildə Bakıya gəlib yaradıcılıqla məşğul olmuşdur.Böyük Vətən müharibəsi dövrü şairin yaradıcılığında yeni səhifələr açmışdır. 1941-1942-ci illərdə Krım cəbhəsində müxbir sifətiylə işləyən şair öz odlu şeirləriylə o vaxtkı dövrün əsgərlərini düşməndən intiqam alamağa ruhlandırırdı. “Vəfa ”pyesi (1943) bu illərin məhsuludur. Rəsul Rza tərcümə sahəsində də müvəffəqiyyətlər əldə etymişdir. O, Lermontovun “Masqarad”, A.S.Puşkinin “Poltava”, Şevçenkonun “Muzdur qadın”, Fadeyevin ”Tarimar”, Mayakovskinin bir sıra  poema və şeirlərini tərcümə etmişdir. Şair gözəl nəğmələr müəllifidir. Rəsul Rzanın nəğmələrini  Üzeyir Hacıbəyov, A.Zeynallı, Qara Qarayev,  C.Cahangirov və başqa bəstəkarlar bəstələmişdir. Kino sənətində də  Rəsul Rzanın xüsusi xidməti vardır .O, “Qocalar ”filminə ssenari yazmışdır. Şair bir sıra satirik şeirlərin, uşaq şeirlərinin və ədəbiyyatın nəzəri məsələlərinə həsr olunmuş məqalələrin müəllifidir. Rəsul Rza dünyanın bir sıra ölkələrində Rumıniya,Çexoslavakiya, Livan, İran, Türkiyə, İraq və başqa ölkələrdə olmuşdur.  Qərbin və Şərqin bu mühüm ölkələri ilə bu tanışlıq, şairə zəngin həyat materialı vermişdir. Şairin əsərlərində Azadlıq yolunda təqibə, işgəncəyə, sui-qəsdə məruz qalan, lakin yenədə bu yoldan dönməyən inadla, inamla öz işıqlı gələcəyinə öz məqsədinə doğru irəliləyən xalqların qəhrəman mübarizəsi dərin məhəbbətlə əks etdirilmişdir. Şair həmin xalqlara bu mübarizədə uğurlar arzulayır, ictimai həyatdakı haqsızlığı məhkum insanların münasibətli həyatını siyasi lirikasının təsirli və kəsərli nümunələrilə göstərmişdir. Bu il may ayının 19-da şairinin anadan olmasının 105 ili tamam olur.Şairin yubileyi  ilə əlaqədar kitabxanaçılar lazımı tədbirləri kitabxanada təşkil edə bilələr. Kitabxançıya kömək məqsədi ilə tərtib edilən tövsiyyə xarakterli bu kiçik vəsaitdə Rəsul Rzanın həyat və yaradıcılığı haqqında qısa məlumat, şair haqqında söylənilən fikirlər, şairin əsərləri ilə və özü haqqında çıxış, yazılan materiallar,məqalələr göstərilmiş və kitabxanalarda keçiriləcək kütləvi tədbirlərin mövzusu və adları əks etdirilmişdir.

Rəsul Rzanın özü və əsərləri haqqında materiallar

 Ə.Salahzadə                                                                                                      

Dənizdən iki damla-Rəsul Rza haqqında. Ulduz,1990-cı il № 5,səh 57-59.

S.Şükür

Unuda bilmirəm -ədəbiyyat qəzeti,1999 -2 aprel

N.Həsənəliyev

Ürəyi ipək,dili qılınc Rəsul Rza-Azərbaycan qəzeti 1998 oktyabr.

 C.Abdullayev

Dərin düşüncələr poeziyası-“Lirika və Zaman” kitabında. Bakı,1982 səh 77.

Ə. Ağayev

İlhamlı və əzəzmətli yaradıcılıq yolu R.Rza haqqında/ bax: Ə.Ağayev “Əsrin tərənnümü” Bakı, 1980 səh.174-185  

S.Rəhimov

Hey axtaran şair R.Rza haqqında “Yazıçı və həyat” kitabında Bakı, 1961 səh 433-439.

“Böyük   Vətən  Müharibəsi və Azərbaycan ədəbiyyatı” kitabı  Bakı, 1977 səh 143-145.

 A.Vəfalı

/R.Rzanın poeziyası haqqında/-bax:”Sənətkar və xalq” kitabında Bakı, 1983 səh 164.

İki ömrün işığı

(Nigar Rəfibəyli və Rəsul Rza haqqında) şeirlər və xatirələr. Bakı, 1987 səh.545.

Ş.Salmanov

Poeziyanın yaddaşı (Rəsul Rzanın yaradıcılığı haqqında) “Poeziya və tənqid” kitabında Bakı, 1987, səh 98-103 

B.Nəbiyev

Şair vətəndaş (Rəsul Rzanın şeirləri və poemaları haqqında)- bax: B.Nəbiyev “Ədəbi düşüncələr” B.1971, səh 22-36

 

Şairin əsərləri

 R.Rza

Mənim fikrimcə (məqalələr) Bakı, 1967 səh 419

 

Rəsul Rza

Seçilmiş əsərləri Beş  cilddə. I cild. “Öndər Nəşriyyatı” Bakı-2005 səh. 297

 

Rəsul  Rza

Seçilmiş əsərləri. Beş cilddə.II cild. “Öndər Nəşriyyatı” Bakı-2005 səh. 292

 

Rəsul Rza

Seçilmiş əsərləri. Beş  cilddə. III cild. “Öndər Nəşriyyatı” Bakı-2005 səh. 250

 

Rəsul Rza

Seçilmiş əsərləri. Beş cilddə. IV cild. “Öndər Nəşriyyatı” Bakı-2005 səh. 216

 

Rəsul Rza

Seçilmiş əsərləri. Beş cilddə.V cild. “Öndər Nəşriyyatı” Bakı-2005 səh. 258

 

Şairin yubileyi münasibətilə keçiriləcək kütləvi tədbirlərin mövzusu

 1. “Azərbaycan poeziyasında  unudulmaz sənətkar”  R.Rza-105

2.  “Lirik şeirlər müəllifi"                           R.Rza-105

3.  "Mübariz şair"                                       R.Rza-105

4. "Rəsul Rza poeziyasında satira"           R.Rza-105

5. "Fəal mövqeyli poeziya yaradıcısı"       R.Rza-105

6.  "Novator şair"                                       R.Rza-105

7.  "Zəngin lirika müəllifi"                         R.Rza-105

8.  "Həyatla səslənən poeziya"                  R.Rza-105

9.   "Gözəl duyğular, dərin düşüncələr" poeziyası

10. "Yeni fikir, yeni söz axtaran şair"

Adları göztərilən mövzularda kitabxanalarda, ədəbii bədii gecələr, poeziya gecəsi, oxucu konfransı, şairin əsərlərinin müzakirəsi, icmal, müsahibə və s. kütləvi tədbirlər vasitəsilə geniş oxucu kütləsinə azərbaycan Poeziyasının unudulmaz xalq şairi R.Rzanın ilhamlı və zəhmətli   yaradıcılıq  yolunadan  danışmaq, xüsusən  gənclərin dünyagörüşünə  böyük təsir  bağışlayan əsərlərinin  mahiyyəti göstərmək tövsiyyə olunur.

Təşkil ediləcək tədbirlər ilə əlaqədar kitab sərgisi tərtib etməyi yadda saxlamaq lazımdır.

 1. "R.Rza əsərlərində vətənə məhəbbətin ifadəsi"

2. "Rəsul Rza əsərlərində Vətən və xalq mövsusu"

3. "Gənclərin tərbiyyəsində  R.Rza əsərlərinin əhəmiyyəti"

4."R.Rza əsərlərində vətənpərvərlik hisslərinin əks  etdirilməsi"

5. "R.Rza əsərlərində hümanizmin tərənnümçüsü"