Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i

Metodiki vəsaitlər
“Yaddan çıxmaz Qarabağ”-Metodiki vəsait
16 May , 2016

 Yaddan çıxmaz Qarabağ

 Dünyanın  görkəmli  alimləri Azərbaycanı  təbii muzey adlandırmışlar . Bu muzeyin ən unikal  nöqtəsi Qarabağdır.

Qarabağ öz gözəlliyi,  yeraltı, yerüstü sərvətləti ilə yadellilərin diqqətini cəlb etmiş bu gözəl diyar zaman-zaman qanlı hərb meydanına çevrilmişdir.

 Böyük imperiyanın siyasətinin qurbanı olan füsünkar Qarabağ 24 ildir ki, düşmən tapdağındadır.

 Azərbaycanın  hərbi Konservotoriyası adlandırılan, əfsanəvi gözəlliyə malik Şuşa ,qədim muğam musiqimizin beşiyi  Ağdam, şəfalı istisuyu, qızıl yataqları ilə məhşur olan Kəlbəcər tarix boyu düşmən gülləsinə sinəsini sipər etmiş, qəhrəman Laçın, çiçəklər diyarı Cəbrayıl, Qubadlı, Zəngila , bərəkətli Füzuli , XX əsrin ən böyük faciəsini  yaşamış, qan içində boğulmuş bu gündə ən ağrılı günlərini yaşayır.

 Öz təbii gözəlliyi, bənzərsiz iqlimi ilə Qafqazın yaraşığı olan Qarabağ  həm də müalicə ocağıdır.Təbii iqlim şəraitinə görə mütəxəssislər Şuşa kurortu iqlimini Abastumani və Kislovotsk  ilə hətta dünyanın məhşur İsveçrə kurortu Davostan üstün hesab edirlər.

 Qarabağın, Şuşanın təkrarsız gözəlliyi vaxti ilə Azərbaycanda olmuş böyük rus şairi M.Lermontovun, məhşur fransız ədibi Dümanın, lirika ustası S.Yeseninin də diqqətini cəlb etmişdir.

 Təkcə XIX əsrdə  Şuşada  95 şair,  22 musiqiçi, 38 xanəndə-muğənni,16 rəssam, 5 astranom, 18 arxitektor,16 həkim yetişmişdir.

 Dünya karifeyləri sırasına Ü.Hacıbəyov, Bülbül, R.Behbudov Qarabağlı idilər. Təsadüfü deyil ki ədiblər məskəni  Şuşa 1977- ci ildə Azərbaycan Höküməti tərəfindən tarix-memarlıq qoruğu elan olunub.

 Əfsuslar olsun ki, 1988- ci ildən Ermənistanın hərbi təcavüzü nəticəsində ərazimizin 20% ilə bərabər qiymətli mədəni sərvətlərimizi də itirdik. Bir milyondan artıq soydaşlarımız öz yurd-yuvalarından qaçqın düşdü.

 Köhnə tarix bu gün də təkrar olunur.  Şuşa şəhərində Ü.Hacıbəyovun, Bülbülün, Xan Şuşinskinin, Natavanın ev muzeyləri qarət olunmuş bununla kifayətlənməyən  ermənilər hər üç korifeyin heykəllərini güllə baraban etmişlər.

Məlumdur ki, kitabxanalardan istifadə edən oxucuların böyük hissəsini gənclər təşkil edir. Deməli kitabxanaçıların gənclərlə işləmək, onlarda vətənpərvərlik duyğularını, milli mənlik hissini oyatmaq, inkişaf etdirmək imkanları böyükdür.

 Unutmaq lazım deyil ki müharibədə qalib gəlmək üçün təkcə vətənə məhəbbət  kifayət etmir, bu məhəbbətlə yanaşı düşmənə nifrət hissi də olmalıdır.  Çox təəssüf olsun ki , bəzən işğal altında olan rayonlarımızın adını və işğal tarixini bilməyənlərdə tapılır. Buna görə də bütün kitabxanaların görkəmli  yerində ,daxil olan hər bir kəsin görə biləcəyi hissədə “Qarabağı unutma”,”Əsir torpaqları unutma”,”Əsir torpaqlar bizi çağırır”,”Şəhidlərin ruhu bizi çağırır” adı altında başlıqlar verib stendlər hazırlamaq lazımdır.

Bədii  ədəbiyyatın  təbliği kitabxanalarda daha çox yayılmış  ədəbi-bədii gecələr vasitəsilə  də həyata keçrilir.  “Qalx  ayağa Azərbaycan “ mövzusunda  ədəbi-bədii  gecə  təşkil etməklə  kitabxanaçılar  Qarabağın  qəhrəman  oğul və  qızları haqqında yazılmış bədii  ədəbiyyat  nümunələrini  oxuculara  çatdırmaq,  onların  bədii  zövqlərinin formalaşmasına  müsbət  təsir göstərmək  imkanını qazanarlar.                                                                                          Ədəbi-  bədii gecələr və oxucu  konfransları keçirərkən kitabxanaçılar  Yazıçılar  birliyinin yerli şöbələrinində  gücündən  istifadə etməlidirlər. Yerli  yazıçıların  iştirakı ilə keçirilən belə tədbirlər daha maraqlı məzmunlu ola bilər. Onlar  öz şeirlərini oxuyar,  çıxışlar edə bilərlər. Orada  məktəblərin nəzdində fəaliyyət  göstərən ədəbi dərnəklərin gücündən də istifadə etmək olar. B u cür  tədbirləri mədəniyyət   evləri ilə onların nəzdində  fəaliyyət göstərən dram dərnəkiərinin iştirakı ilə keçirmək daha maraqlı  olardı.

Qarabağ  mövzusunda istifadə olunan ən effektiv və təsirli tədbir forması kitab sərgiləri olmalıdır.”Yaddan çıxmaz Qarabağ” adlı kitab sərgisinin daimi fəaliyyət göstərməsi daha məqsədə uyğun olardı.Yalnız bu sərgidə mutamadi olaraq ədəbiyyat yeniləşməlidir. Ayrı-ayrı  rayonların işğal günləri və müvafiq anım günləri keçirərkən bu  sərgiləri də dəyişdirmək olar.

 Müvafiq mövzuyla əlaqədar tədbirlər keçirilərkən ərazidə məskunlaşmış məcburi köçkün və qaçqınların nümayəndələrini dəvət etmək olar. Onların şahidi olduqları hadisələr barədə danışmaları oxucalar , tədbir iştirakçıları üçün çox maraqlı və təsir edici ola bilər.

 Qarabağa aid silsilə tədbirlər keçirilərkən kitabxanaçılar internetin imkanlarından da  istifadə etməlidirlər. Texniki imkanı olan kitabxanalar da mövzuya dair saytlardan fraqmentlər, əyani materiallar monitor vasitəsilə iştirakçılar qarşısında nümayiş oluna bilər.

Kitabxanaçılar bu tədbirlərdə məktəbli gənclərin əməyində maksimum bəhrələnməlidirlər. Təbii ki belə mərasimlərdə hadisləri işıqlandıran foto-stendlərin, kitab sərgisinin tərtib edilməsi daha yaxşı olardı. Sərgi üçün düşündürücü və təsiredici başlıqlar seçmək lazımdır.

 1. Əsrə sığmayan faciə

2. Tariximizin qan yaddaşı

3. Əsir yurdlar bizi çağırır

 4. Yaralı torpaqlar bizi gözləyir

 5. Tarixin qanlı səhifəsi

6. Qarabağın qəm ocağım

7. Qarabağda talan var

 Qarabağın görkəmli şəxsiyyətləri, sənətkarları və Qarabağ mövzusunda yazan şair və yazıçılarla görüşlər keçirmək lazımdır.

 1. Qarabağ müharibəsi bədii ədəbiyyatda

2. Qarabağ ağrısıyla yazılan əsərlər

3. Mədəniyyətimizin,musiqimizin beşiyi Qarabağ

adı altında görüşlər , ədəbi –bədii gecələr keçimək olar.

 Bütün şəhidlərimizin bir amalı olmuşdur, vətən torpağını yağıdan qorumaq. Onun nə fərqi var ki, könlündə yurd məhəbbəti gəzdirən vətən əsgəri Cəbrayılda, Ağdamda, Laçında, Şuşada, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə yaxud Ağdarədə əbədiyyətə qovuşub.

 Bu torpağı kimin qarğışı tutdu ilahi. Ərən  oğullarımızın, Tomris qeyrətli qızlarmızın nə idi günahı.

Torpaqlarımızın müdafiəsinə ilk dəfə qalxan da elə xalqımızın say-seçmə oğulları oldu.  Sədərkdən Gədəbəyə, Qubadlıdan Laçına, Kəlbəcərə, Zəngilandan Füzuliyə, Ağdama ordan Tərtərə Ağdərəyə kimi uzanan yaralı torpaqlarımızın harayına yetişən mərd oğullarımızın sırasına Cəbrayıl  igidləri də qovuşdular o, gündən.

Xalqımızın çox qəhrəman igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid olublar. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var.

 Gəlin unutmayaq:

XX əsrin ən böyük faciəsi olan Xocalı qırğını zamanı 613 nəfər şəhid olub, onlardan 106 nəfəri qadındır. 59 nəfəri 1 yaşından 18 yaşına qədər yeniyetmələrdir. 70 nəfəri ahıldır, 23 nəfəri uşaq, ata və anasız qalmışlar. 230 nəfəri uşaq valideynlərini itirmişdir. 480 nəfər əlil olmuşdur. 150 nəfər itkin düşmüşdür. Hələ də onlardan bu günə kimi bir xəbər yoxdur. 1275 nəfər əsir düşmüşdür və onların taleləri naməlumdur.

Elə bir rayon, bölgə yoxdur ki Milli Qəhrəmanı, şəhidi olmasın. Hər bir kitabxana öz həmyerlisi olan Milli Qəhrəmanının adına  guşə yarada bilər. Bu güşədə onun həyatına, döyüş fəaliyyətinə aid materiallar toplanmalıdır.

 1.  Vətən uğrunda tökülən qan yerdə qalmaz

 2 .Qəhrəmanlar gənclərə örnəkdir.

3.  Qəhrəmanlar unudulmur

adlarını vermək olar.

 Kitabxanalar Qarabağ  mövzusu haqqında kifayət qədər elmi və tarixi materiallara malik olduğundan nəzərdə tutulan hər bir tədbir  də çox aktual və zəngin olmalıdır. Məsələn,hələ ötən əsrin ilk illərində İrandan  Qarabağa köcürülən erməni icmasının Xankəndində yerləsdirilməsi, onlara sıgıncaq veriməsi faktları bir tərəfdən yeniyetmələrdə öz xalqının hümanist  mövqeylərinə qarsı məhəbbət hissi oyadarsa, digər tərəfdən erməni millətçilərinin Qarabağa sahib çıxıb onu zəbt etməsi faktları bu millətə qarsı onlarda qəzəb hissinin coşmasına səbəb olar.

 Qarabağın ğörkəmli şəxsiyyətləri, sənətkarları və Qarabağ mövzusunda  yazan şair və yazıçılarla görüşlər keçirmək lazımdır. “ Qarabağ müharibəsi  bədii ədəbiyyatda”, “Qarabağ ağrısı ilə yazılan əsərlər”,” Mədəniyyətimizin, musiqimizin beşiyi Qarabağ” adı altında  görüşlər, gecələr və ya bu mövzuda yazılmış bir əsərin müzakirəsini keçirmək faydalı ola bilər. Rayonun mədəniyyət işçilərinin köməyindən istifadə etməklə ədəbi-bədii gecələr təşkil etmək olar.                                                                

 Kitab sərgilərini təşkil  edərkən Qarabağın tarixini, mədəniyyətini, maddi və mənəvi irsini, erməni cəlladlarının törətdikləri vəhşilikləri, onların məkrli siyasətini ifşa edən əsərlər, şəhidlərin və erməni işğaiçılarına qarşı mübarizədə mərdlik, igidlik göstərmiş qəhrəman övladlarımızın bədii obrazlarla əks olunmuş kitabların diqqətlə seçilməsi vacib məsələlərdəndir.


Faylı yüklə