Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Ekologiya
16 Mart , 2015

Müasir dövrümüzdə təbiətin mühafizəsi qlobal və ümumi bəşər problem olmaqla bütün dünya xalqlarını düşündürür. Ətraf mühütün qorunması hər bir insanın mənəvi borcudur. Ekalogiya yer üzərində həyatın davamı və inkişafı ücün vacib olan bir istiqamətdir. Ekaloji biliklər yaş və peşədən asılı olmayaraq hamıya lazımdır.
Ekalogiya ətraf mühitin mühafizəsi və təbii sərvətlərin səmərəli istifadəsi haqqında bilgilərin məcmusudur. Ətraf mühit insanın yaşadığı fəaliyyət göstərdiyi mühitdir İnsanın formalaşmasında, yetkinləşməsində təbiətin ətraf mühitin qorunması , təbiətə qayğı ümümxalq işidir. Bu işi həyata keçirməkdə bütün vətəndaşlar iştirak etməlidir. Təbiət insanın ən böyuk həmdəmi ilham mənbəyidir. Təbiətin gözəlliyini duymağı bacarmaq hər bir insan üçün vacibdir. 
Ekaloji tərbiyə insanlara təbiətdən istifadə etmək işində məsuliyyət hissi aşılayır. Uşaqlar hələ erkən yaşlarından təbiətin taleyi haqqında düşünməyi bacarmalı və ətraf mühitin qorunmasında fəal iştirak etməlidirlər. Buna görə də biz uşaqları hələ erkən yaşlarından tərbiyələndirməliyik.
Təbiətə məhəbbət onun qorunması ilə bağlıdır.Təbiətin qorunması isə sağlamlığın mühafizəsi deməkdir. Mühit çirkli və zəhərli olarsa, insanın heç bir qida təmin edə bilməz.
İnsan üçün əvəzedilməz qida havadır. Havanın və suyun çirklənməsi insan sağlamlığı üçün təhlükə yaradır. İnsanlarda müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Təbii sərvətlərin mühafizəsi və onların artırllmasını insanın mənafeyi tələb edir. Hər hansı bir yenilik insanın rifahının yaxşılaşmasına sağlamlığının möhkəmlənməsinə xidmət edir.
Ona görə də hamımızın borcu təbiətə qayğı göstərmək və onu qorumaqdır..