Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Bakı 2015 Avropa Oyunları
25 May , 2015

Fevralın  2-də    Azərbaycan   Respublikasının    Prezidenti  cənab  İlham Əliyevin   sədrliyi ilə   2015-ci ildə     Bakıda   keciriləcək   birinci  Avropa   Oyunlarının   təşkilat  komitəsinin  ilk  iclası olub.   Təşkilat   Komitəsinin sədri   Mehriban Əliyeva   iclasda çıxış edib.  8 dekabr   2012-ci il tarixində  Romada,  Avropa  Olimpiya  Komitəsinin   41-ci   Baş   Assambleyasında ,  2015-ci  ildə  I Avropa   Oyunlarının   Azərbaycanda   keçirilməsi  barədə  qərar qəbul  edilmişdir.  Avropa  Olimpiya  Komitəsinin    üzvü   olan  49  Milli  Olimpiya   Komitəsindən  48-nin  iştirakı ilə keçirilmiş  gizli  səsvermədə  38  ölkə   lehinə,  8 ölkə  əleyhinə, 2  ölkə  bitərəf olmaqla I Avropa  Oyunlarının  Bakıda  keçirilməsi təsdiqlənmişdir.

Birinci   Avropa  Oyunlarının   Bakıda keçirilməsi   ölkəmiz üçün tarixi hadisədir.  Birinci Avropa  Oyunları    2015-ci ilin  iyunun  12-28-də  baş tutacaq.   19 növ üzrə  6351  idmançı  qüvvəsini sınayacaq.

Avropa  Olimpiya  Oyunlarının  2015-ci  ildə  Bakıda  keçirilməsi  ilə    bağlı qərar   Azərbaycan   xalqı tərəfindən    böyük sevinc hissi ilə qarşılanmışdır.

Olimpiya  oyunlarında  Azərbaycanın  bilavasitə,  müstəqil olaraq  iştirak etməsi  xalqımızın azadlığının  və ölkəmizin    müstəqilliyinin    bəhrəsidir  və müstəqil  Azərbaycan   dövlətinin son  illərdə  əldə etdiyi   nailiyyətlərin    böyük    bir  hissədir.

Biz də dövlətimizdə keçiriləcək   olimpiya      oyunlarına  böyük  sevinc    hissi ilə  qatılırıq.