Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Bakı 2015 Avropa Oyunları
25 May , 2015

Bakı ümumən Türk dünyası üçün önəmli olan və hələ indiyə qədər heç bir türk dövlətində keçirilməyən böyük bir idman tədbirinə  Birinci  Avropa Oyunlarına hazırlaşır .

  İlk Avropa Oyunları 121-28 iyun 2015-ci ildə başlanmasına çox az vaxt qalmışdır. Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa əsasən  Bakıda keçiriləcək yarışlarda  6 mindən cox  idmançının iştirakı nəzərdə tutulub. Birinci Avropa oyunlarının proqramına  28 Olimpiya  idman növündən 15-i və 2 qeyri- Olimpiya  idman növü daxil edilib.

Azərbaycan  nüfuzlu  beynəlxalq tədbirlərin keçirildiyi  məkandır. Bu uğura ölkəmiz həyata  keçirdiyi  siyasət, dünyadakı nüfuzu sayəsində nail olub. Prezident İlham Əliyevin keçirdiyi siyasət nəticəsində Azərbaycan özünün dünyada etibarlı tərəfdaş kimi təsdiq edib. İlk Avropa Oyunları öz əhəmiyyəti və miqyasına görə olimpiya oyunlarına  bərabərdir.

İlk Avropa Oyunları iqtisadi, mədəni və siyasi  baxımdan da müstəsna əhəmiyyət kəsb edir. Biz düşünürük ki, “Bakı - 2015” ilk Avropa Oyunları bizi dünyaya idmansevər bir ölkə kimi  tanıdacaq. Azərbaycan  talerant və demokratik yolla inkişaf edən bir  dövlətdir.

İlk  Olimpiya Oyunları ilə əlaqədar  ölkəmizə gələn xarici qonaqlar da Azərbaycanın necə inkişaf etdiyinin əyani  şahidi olacaqlar.

Aprelin 26-da “Bakı - 2015” ilk Avropa Oyunlarının məşəlinin Azərbaycanda  alovlandırılması ilə ölkəmiz Avropanın Olimpiya tarixini yazmış oldu ki, bu da hər bir azərbaycanlıya xüsusi qürur hissi verir.

Beləliklə, tarixdə ilk dəfə keçiriləcək “Bakı -2015” birinci Avropa Oyunları ilə  Azərbaycan bütün dünya üçün nümunəvi və əhəmiyyətli  təcrübə və böyük irs qoyacaq. Birinci Avropa Oyunları Azərbaycanda idmanın, iqtisadiyyatın və turizmin inkişafına digər bir çox əhəmiyyətli  inkişafa nail olmağa şərait yaradacaq.