Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Azərbaycanın Milli Qəhrəmanları
4 İyun , 2015

1975-ci il 2 iyun tarixində Ağstafa rayonunda anadan olmuşdur. 1992-ci ildə burada məktəbi bitirmişdir. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır.

"N" saylı hərbi hissədə xidmət edən Novruz atəşkəs imzalananadək döyüşlərdə iştirak etmişdir. 1995-ci il Mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda döyüşən gənc əsgər Novruz Qurbanov qəhrəmancasına həlak oldu. Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qurbanov Novruz Əliyullah oğluna ölümündən sonra "Azərbayvcanın Milli Qəhrəmanı" adı verilmişdir.

Ağstafa rayonu Göycəli kəndində dəfn edilmişdir. Göycəli kəndində büstü qoyulmuşdur.