Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Ekologiya
22 İyun , 2015

Azərbaycanda kənd təsərrüfatının inkişafına yeni təkan vermək  və onun modernləşdirilməsini, mexanikləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə (k/t-na) dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək və ölkənin aqrar potensialını geniş təbliğ etmək  məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən „2015-ci ilin ölkədə “ Kənd Təsərrüfatı ili” elan edilməsi haqqında 12 yanvar 2015-ci il tarixli Sərəncam imzalanmış, Prezidentin 03 aprel 2015-ci il tarixli Sərəncamı ilə „ 2015-ci ilin Azərbaycan Respublikasında „Kənd Təsərrüfatı ili” elan edilməsi ilə bağlı „ Tədbirlər Planı”təsdiq edilmişdir.

Prezident İlham Əliyev cənablarının sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bir daha aqrar sektoru nəzərdə tutaraq ölkədə ərzaq təhlükəsizliyinin birinci məsələ olduğunu, kənd təsərrüfatının  sürətli inkişafı üçün çox ciddi tədbirlər görüldüyünü, islahatların aparıldığını, son illər suvarmaya, melorasiyaya böyük diqqət göstərildiyini bildirmiş, ölkə əhalisinin ərzaqla təminatını xarici ölkələr hesabına yox, yerli istehsal hesabına daha da yaxşılaşdırmaq üçün kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədi ilə yeni sahələrin əkin dövriyyəsinə cəlb edilməsi, yeni suvarma kanallarının çəkilməsi, torpaqların elektron uçotunun aparılması ilə bağlı səhmdar cəmiyyəti qarşısında mühüm vəzifələr qoymuşdur. Hazırda bu vəzifələr, tapşırıqlar uğurla davam etdirilir. Suvarma üçün hazırda respublikanın su anbarlarında 14.6 mlrd.kvm su ehtiyatı vardır.

 Kənd təsərrüfatının heyvandarlıq sahəsinə də xüsusi diqqət yetirilir. Belə ki, hər il heyvandarlıq məhsullarının istehsalı durmadan artır. Bu həm də ondan irəli gəlir ki, son illərdə heyvandarlıqda seleksiya işləri ardıcıl, səmərəli nəticələr əldə edilir. Yəni, yerli az məhsuldar qaramalın cinsi yüksək məhsuldar törədicilər (mayalama) hesabına hər il yaxşılaşdırılır. Bundan başqa inkişaf etmiş xarici ölkələrdən damazlıq-cins qaramal, yüksək məhsuldar qoyun-keçi gətirilir.Bu ölkələr əsasən Almaniya, Fransa, Hollandiya, Estoniyadır. Gətirilən yüksək məhsuldar cins heyvanlar xüsusi yemləndirilir, onlara zoobaytar xidməti göstərilir.

 Bu sahədə də dövlət,dövlət başçısı kənd təsərrüfatı məhsulları istehsal edən kənd adamlarına, xüsusən fermerlərə güzəştli kreditlər verir, ucuz dizel yanacağı, ucuz gübrələr verilir, onlara qayğı göstərir, geniş imkanlar yaradır. Alınan cins, yüksək məhsuldar heyvanlar da 50% güzəştlə fermerlərə verilir. Yeni-yeni heyvandarlıq kompleksləri istifadəyə verilir, hər il yüzlərlə-minlərlə yeni iş yerləri açılır, əhalinin, xüsusən çətinliklər çəkən kənd adamlarının güzəranları xeyli yaxşılaşır.

Bugünkü iri addımlı inkişafımız, ölkəmizin qısa müddət ərzində qət etdiyi bu məsafə bilavasitə dövlətçilik təməllərinin nə dərəcədə sağlam qoyulması prezident cənab İlham Əliyevin apardığı sağlam siyasi kursunun nəticəsidir ki, dünyanı bürüyən iqtisadi böhran bizdən yan keçir, hər keçən gün daha da inkişaf etməkdədir.