Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
İlin yubilyarları
12 Yanvar , 2016

 Zəlimxan Yusif oğlu Yaqubov 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur.

1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir.

1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur.

İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib. Bəhmən Vətənoğlu və Zəlimxan Yaqub 1983-cü ildən AYB-nın üzvüdür.

2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülən Zəlimxan Yaqub Məmməd Araz ədəbi mükafatı, "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni kimi bir sıra yüksək mükafatlara layiq görülüb.

2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü olub. Rəsmi  nümayəndə heyətinin tərkibində 1995-2000-ci illərdə Çində, Səudiyyə Ərəbistanında Almaniyada,  ABŞ-daİsveçdə,  İsveçrədə,  Qırğızıstanda,  Türkiyədə,  Fransada və  İraqda işgüzar səfərlərdə olub.

Zəlimxan Yaqub uzun müddət böyrək çatışmamazlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursu keçib. Hər iki böyrəyi olmayan ictimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunmuşdur.

Allah Rəhmət eləsin!