Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
İlin yubilyarları
14 Yanvar , 2016

Tofiq Səməd Mənsur oğlu Kazımov - Azərbaycanın görkəmli teatr rejissoru, aktyoru və pedaqoqu, Azərbaycanın xalq artisti, Azərbaycan Milli Dram Teatrının baş rejissoru (1964-cü il fevralın 10-da).

Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır. O, görkəmli teatr xadimi, şair Səməd Mənsurun oğludur. Səməd Mənsur Bakıda mövcud olan bir sıra mədəni-maarif cəmiyyətləri (məsələn, "Nicat", "Səfa") teatr truppalarının rəhbərlərindən idi.

Tofiq Kazımov 14 yanvar 1923-cü ildə Bakıda doğulub və yeddiillik təhsilini burada alaraq teatr məktəbini bitirib. Böyük Vətən müharibəsində iştirak edib.  Döyüşlərdə yaralanaraq 1943-cü ildə qayıdıb və Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. Əyyub Abbasovun "Məlik Məmməd", Abdulla Şaiqin "Ana" dramlarının tamaşalarında Bulud və Əmrah rollarını oynayıb.

Tofiq Kazımov 1951-1952-ci illərdə Moskvada ali rejissorluq təhsili almışdır. Sağlam yenilik və müasirlik ruhuna malik olan Tofiq Kazımovun Akademik Milli Dram teatrında baş rejissor kimi Şekspirin "Hamlet", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "Aydın", Məmməd Səid Ordubadinin "Qılınc və qələm", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu” və s. əsərləri tamaşaya hazırlayıb.

Tofiq Kazımovun yaradıcılıq üslubunda dönüş kimi qiymətləndirilən "Sən həmişə mənimləsən" ilə Milli Dram Teatrında lirik-psixoloji janrın bünövrəsi qoyulub. "Sən həmişə mənimləsən"dən sonra "Yalan" (1965), "Ölülər" (1966), "Sənsiz" (1967), "Hamlet" (1968) kimi dolğun tamaşalar Azərbaycan səhnəsini rövnəqləndirib.

Rejissor işi bütövlükdə realist monumentallığı və fəlsəfi dərinliyə geniş meydan açması ilə səciyyələnən Mehdi Məmmədovun (1918-1985) Milli Dram Teatrında quruluş verdiyi ilk işi 1946-cı ildə Şekspirin "On ikinci gecə" komediyasının tamaşası olub. Müəyyən fasilələrlə bu sənət ocağında Cəfər Cabbarlının "Yaşar" (1947), Lope de Veqanın "Rəqs müəllimi" (1949), Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" (1950), Nikolay Qoqolun "Müfəttiş", Karlo Haldoninin "Mehmanxana sahibəsi" (1952), Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" (1955), Mehdi Hüseynin "Alov"(1961) , Lev Tolstoyun "Canlı meyit" (1968), Hüseyn Cavidin "Xəyyam" (1970) və "İblis" (1983), Səməd Vurğunun "İnsan" (1974), Maksim Qorkinin "Meşşanlar" (1975), Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (1978) əsərlərinə müxtəlif janrlarda səhnə həyatı verib.

Tofiq Kazımov 1980-ci il avqust ayının 2-də vəfat edib. Bakıda II Fəxri Xiyabanda dəfn olunub.