Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Azərbaycanın Milli Qəhrəmanları
4 Fevral , 2016

  2 fevral 1976-cı ildə Füzuli rayonunun Qacar kəndində anadan olmuşdur. 1983-cü ildə burada orta məktəbə getmiş, 1991-ci ildə səkkizinci sinfi bitirərək texniki-peşə məktəbində təhsilini davam etdirmişdir. Erməni qəsbkarları bu illərdə Qarabağa geniş planlı hücumlar edir Azərbaycanın əsrlərdən yadigar torpaqlarını işğal edirdilər. Bəşir 1993-cü ildə artıq döyüş meydanlarında idi…o, burada patron daşıyır, əsgərlərə yemək çatdırılmasında iştirak edirdi. 1993-cü il ermənilər Qacar kəndinə hücum etdikləri vaxt Bəşir də qanlı döyüşə girmişdi. 

   Füzuli rayonu işğal edildikdən sonra isə onun ailəsi İmişli rayonunda məskunlaşır. 1994-cü il 19 may Bəşir Milli Ordu sıralarına çağırılır. 1995-ci il 13-17 mart hadisələri zamanı o, dövltəçiliyimiz uğrunda silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edir və bu qarşıdurma zamanı Kərimov Bəşir qardaş gülləsindən həlak oldu.

   Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli, 307 saylı fərmanı ilə Kərimov Bəşir Bəylər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.