Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Ekologiya
20 May , 2016

Vətənimizin təbiəti çox gözəl və rəngarəngdir. Azərbaycanda başıqarlı dağlar, geniş yaşıl düzənliklər var.

Ölkəmizin şimalında Böyük Qafqaz, qərbində və cənub-qərbində Kiçik Qafqaz, cənub-şərqində Talış dağları uzanır. Bazardüzü, Şahdağ, Babadağ, Dəlidağ, İlandağ Azərbaycanın ən uca dağları və dağ zirvələridir. Ölkəmizin ən hündür zirvəsi Bazardüzüdür. Onun hündürlüyü 4466 m-dir.

Ölkəmiz təbii ehtiyatlarla zəngindir. Təbii ehtiyatlara insanın yaşaması üçün istifadəsi mümkün olan hər şey daxildir. Faydalı qazıntılar, torpaq, su mənbələri, meşələr, okean və dənizlər təbii ehtiyatlardır.

Azərbaycanda Yer kürəsində mövcud olan 11 iqlim tipindən 9-u vardır. Azərbaycanın iqlimi ölkəmizdə müxtəlif növ bitkilərin əkib-becərilməsi üçün əlverişli şərait yaratmışdır.

Ölkəmizdə 8300-dən çox çay, 250-dən çox göl və su anbarı vardır. Kür və Araz Azərbaycanın ən böyük çaylarıdır. Bu çaylar Türkiyə dağlarından axıb gəlir, Azərbaycanın ərazisində birləşərək Xəzər dənizinə tökülür. Xəzər dünyanın ən böyük gölüdür. Ərazisi çox böyük olduğuna və dənizə aid bir çox xüsusiyyətlərinə görə onu dəniz adlandırırlar.

Azərbaycanın Göygöl, Maralgöl, Batabat kimi gözəl mənzərəsi olan gölləri çoxdur. 1139-cu ildə zəlzələ nəticəsində Kəpəz dağının ətəyində yaranan Göygöl təbiət möcüzəsidir. Su çox şəffaf olduğu üçün 13 metr dərinliyi görmək olur. Gölün suyu üç qatdan ibarətdir: şirin su qatı, keçid qatı, zəhərli kükürd qatı. Maraqlıdır ki, bunlar bir-birinə qarışmır. Göl sıx meşələrlə əhatə olunmuşdur.

Azərbaycanın bitki örtüyü çox zəngindir. Respublikamızda 4500 bitki növü vardır. Ölkəmizdə dəmirağac, Eldar şamı, Saqqızağacı kimi qiymətli, nadir ağaclar bitir.

Azərbaycanda heyvanlar aləmi də çox zəngindir. Ölkəmizdə 30000-dən çox heyvan növü vardır. Azərbaycan dövləti nadir bitki və heyvan növlərini qorumaq məqsədilə qoruqlar, milli parklar və yasaqlıqlar yaratmışdır. Nəsli kəsilmək təhlükəsi olan bitki və heyvan növləri Azərbaycan Respublikası “Qırmızı Kitab”ına daxil edilmişdir. “Qırmızı Kitab” ölkəmizdə nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında dövlət sənədidir.

Azərbaycana ən çox şöhrət gətirən sərvət onun neftidir. Lap qədimdən Azərbaycan neft diyarı kimi tanınır. Dünyada ilk dəfə quruda və suda neftin çıxarılması Azərbaycanda olmuşdur. Xəzər dənizində salınmış Neft Daşları şəhərciyi dünya möcüzələrindəndir. Dünyada analoqu olmayan Naftalan müalicə nefti də Azərbaycandadır.

Hələ qədim dövrlərdən Abşeron yarımadasında sönməyən yanar ocaqlar mövcud olmuşdur. “Yanar dağ” adlanan yerdə torpağın təkindən qalxan alov dilimləri təbiətin möcüzəsi hesab edilir. Buna görə Azərbaycan həm də dünyada Odlar yurdu kimi tanınmışdır.