Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
İlin yubilyarları
4 Fevral , 2015

Polad Bülbüloğlu (tam adı: Məmmədov Polad Murtuza oğlu; 4 fevral 1945, Bakı) - Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri. Azərbaycan SSR xalq artisti (1982).

Polad Bülbüloğlu 4 fevral 1945-ci ildə Bakıda anadan olmuşdur. Özünə soyad kimi atasının ləqəbini - Bülbül götürmüşdür. ADK-nı bitirmişdir (1968, Q. Qarayevin sinfini). Uzun müddət Azərbaycan Respublikasının Mədəniyyət naziri kimi fəaliyyət göstərmişdir. Hazırda Rusiya Federasiyasında Azərbaycanın fövqəladə və səlahiyyətli səfiridir.

1973-cü ildə “Əməkdar incəsənət xadimi”. 1982-ci ildə Azәrbaycan SSR xalq artisti adına layiq görülmüşdür.

1989-cu ildәn Azərbaycan Respublikasının Mədəniyyət naziri, 1994-cü ildәn Türksoyun sәdri. 2006-cı ildən etibarən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri kimi fəaliyyət göstərir.

Polad Bülbüloğlu geniş yayılmış bir sıra mahnıların müәllifi vә onların ifaçısı kimi tanınmışdır. Kino-filmlәrә, dram tamaşalarına musiqinin, simfoniya, simfonik poema vә s. әsәrlәrin müәllifidir.

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu “Müqəddəs Knyaz” Nevski mükafatına layiq görülüb.Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.

Polad Bülbüloğlu Rusiya və Azərbaycan xalqları arasında sülhün, anlaşmanın qorunmasında, dostluq tellərinin möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.

O, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəni beynəlxalq ictimaiyyətə dürüst təqdim etdiyinə, diplomatiyaya qoyulan təbii məhdudiyyətlərə baxmayaraq verdiyi bəyanatlar və müsahibələrdə ölkəmizin ədalətli mövqeyinin güzəştsiz olduğunu aşıladığına, ictimai düşüncədə mövcud olan anlaşılmazlıq və ziddiyyətlərə, cəmiyyətin hələ hər hansı riskli addıma hazır olmamasına baxmayaraq Dağlıq Qarabağa etdiyi səfərlərdə, münaqişəyə səbəb olmuş tərəfin – ermənilərin düz içərisində Azərbaycanın maraqlarına uyğun apardığı işə, yaratdığı "Məhəbbət və ölüm" baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib.

2015-ci il fevralın 3-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polad Bülbüloğlunu "Şərəf" ordeni ilə təltif edib.