Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
İlin yubilyarları
6 Fevral , 2015

Abdullayev Ağaxan Minaxan oğlu 1950-ci il fevralın 6-da Bakı şəhərinin Əmircan kəndində anadan olmuşdur. 1958-1968-ci illərdə 84 saylı orta məkəbdə təhsil almış,1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Muiqi Məktəbində təhsilini davam etdirmişdir. 1973-cü ildə İ.Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunmuşdur. Xanəndə kimi 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib.
1992-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb. Prezident təqaüdçüsüdür. 2000-ci ildə pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 2001-ci ildə Azərbaycan Respublikası Simurq Milli Mükafatı, 2002-ci ildə "Humay" Milli Mükafatı, 2003-cü ildə "Yaşa Azərbaycan" mükafatı ilə təltif olunub.
2010- cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan milli musiqisinin inkişafındakı xidmətlərinə görə Ağaxan Abdullayev “Şöhrət” ordeni ilə təltif edilmişdir.