Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS
Tədbirlər
6 Yanvar , 2017

06 yanvar 2017-cı il tarixində  saat 11:30-da  Nizami rayon MKS-nin uşaq şöbəsi 109 saylı tam orta məktəbdə  Azərbaycanın Milli Qəhrəmanı Mirzəyev Şirin Vəli oğlunun  anadan olmasının  70 illiyi ilə əlaqədar  “Canını vətənə qurban verənlər” adlı söhbət keçirdi.

Şöbənin müdiri  N.Təhməzova  Milli Qəhrəmanlar  haqqında  geniş məlumat verdi. Uşaqlarla həmin mövzu ətrafında  söhbət apardı. Sonra şöbənin  işçisi A.Fətəliyeva  Şirin Mirzəyev haqqında məlumat verərək dedi: Əslən Şuşanın  Mirzələr kəndindən olan  Şirin Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndində  dünyaya göz açmışdır. Nizami adına beynəlmiləl orta məktəbi bitirdikdən sonra  hərbi xidmətə yola düşmüşdür.  Bir müddət  Bakıda yerləşən Daxili Qoşunlar alayında xidmət etdikdən  sonra  1967-ci ildə Leninqrad  (indiki Sankt –Peterburq) şəhərindəki Ali siyasi  Hərbi məktəbə qəbul olmuş və 1971-ci ildə  hərbi təhsili  müvəffəqiyyətlə başa vurub təyinatla  İrəvana göndərilib.  Beş il orada xidmət etdikdən sonra Bakıya qayıtmışdır. 1988-ci ildə  Hərbi Siyasi  Akademiyada təhsil alaraq Daxili Qoşunlar alayında 15 illik xidmət  yolu keçmişdir. 1991-ci ildə Vətən həsrəti onu çəkib Ağdama gətirdi. 1991-ci ilin oktyabr ayında bütün maneələrə baxmayaraq polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda  ilk nizami özünümüdafiə batalyonunu  min bir  əziyyətlə  yaratdı. Artıq 1992-ci il mart ayında üç tabordan ibarət alay yaradıldı. Şirin Mirzəyev  Ağdam rayonunun həm hərbi  komissarı, həm də alay komandiri kimi məsul vəzifələri  çox bacarıqla yerinə yetirirdi.  O,  18 iyun  1992-ci ildə  Sırxavənd istiqamətində aparılan  döyüş  əməliyyatı  zamanı  minaya  düşərək  həlak olub.  

Söhbəti keçirməyin əsas  məqsədi uşaqları Milli Qəhrəmanlarla  tanış etmək və  onları vətənpərvər ruhda tərbiyə etməkdir.

Foto Qalereya