Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS
Elanlar
11 Yanvar , 2017

Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edib.

İclasda çıxış edən dövlətimizin başçısı qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var: "Biz bu Oyunları keçirməklə bir daha öz gücümüzü, imkanlarımızı göstərəcəyik, öz dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik və çalışacağıq ki, İslam aləmini birləşdirək".

İlham Əliyev bildirib ki, Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir: "Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkə haqqında nələr deyir, necə yüksək qiymətlər verirlər. Bəzən bir-biri ilə yol getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Bax budur bizim siyasətimiz. Bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir prinsipialdır və cəsarətlidir. Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi ili” elan edirəm".