Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
İlin yubilyarları
9 Fevral , 2015

Ramiz Əsgərov 9 fevral 1937-ci ildə anadan olmuşdur. 1957-1965-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini təhsil alır. İlk bədii filmi N.Hikmətin "Romantika" əsəri əsasında A.Voyazislə birgə çəkdiyi "Həyat gözəldir, qardaşım!" (1966) tammetrajlı filmi olmuşdur. Zaqafqaziya və Ukrayna respublikalarının zona festivalında uğurlu debütə görə SSRİ Kinomatoqrafçılar İttifaqının diplomuna layiq görülmüşdür. "Mən ki gözəl deyildim" filminin quruluşçu rejissoru olub. (Tofiq Tağızadə və Ağarza Quliyevlə birgə) 1967-ci ildə çəkiliş zamanı həlak olub.