Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
İlin yubilyarları
12 Fevral , 2015

1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrində, sonralar Azərbaycan Radiosu Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərmiş, Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuş, C.Qaryağdı oğlu, H.Sarabski, S.Şuşinski kimi müğənniləri müşayiət etmişdir.

Bəhram Mənsurovun ifasında "Çahargah" (1970) və "Rast" (1978) muğamları nota salınmış, "Bayatı-Şiraz", "Humayun", "Şur", "Bayatı-kürd", "Çahargah" muğamları ilk dəfə YUNESKO xətti ilə qrammofon valına yazılmışdır.

Babası Məşədi Məlik bəy dövrünün açıq fikirli şəxslərindən biri, həm də istedadlı musiqişünas, mahir çalğıçı idi. Hər axşam İçərişəhərdəki evlərinin pəncərələrindən muğamların və xalq mahnılarının ecazkar, həzin melodiyaları dalğa-dalğa axıb bütün küçəyə yayılanda qonşuluqda yaşayan molla: "Allah sizə qənim olsun, bu evdə şeytan yuva salıb" - deyə qəzəblə lənət yağdırardı.

O biri qonşular isə mollanın bu lənətinə gülərdilər. Çünki axşamlar Məşədi Məlk bəyin evində musiqi məclislərinin təşkil olunduğunu Bakıda hamı yaxşı bilirdi.

Bəhram Mansurovun 19 yaşı olanda Müslüm Maqomayev onu ilk notlu xalq çalğı alətləri orkestrinə, daha sonra isə Opera və balet Teatrına solist-tarzən kimi dəvət edir.

Opera səhnəsində Hüseynqulu Sarabski, Yavər Kələntərli, Hüseynağa Hacıbababəyov, Əlövsət Sadıqov, Həqiqət Rzayeva kimi korifeylərlə işləyir.

Rübabə Muradova, Sara Qədimova, Əbülfət Əliyev, Gülxar Həsənova, Zeynəb Xanlarova, Mais Salmanov, Bakir Haşımov, Qulu Əsgərov, Arif Babayev, Nəzakət Məmmədova, Baba Mirzəyev və başqa sənətkarları teatra cəlb edərək onları tamaşalara hazırlayır.Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında Azərçaycan muğamları UNESCO xətti ilə vallara və CD-lərə yazılıb, bütün dünyaya yayılmışdır.

1978 və 1983-cü illərdə Səmərqənddə keçirilən Beynəlxalq Muğam Simpoziumunda Azərbaycanı təmsil etmişdir.

Bəhram Mansurov Sadıqcandan sonra klassik azərbaycan muğamlarını qoruyub saxlayan və təbliğ edən yeganə tarzən idi. Onun ifasından bütün muğamlar, dəraməd, diringə, təsnif və rənglər oğlu, bəstəkar Eldar Mansurov tərəfindən nota salınmışdır.

Bəhram Mansurov 14 may 1985-ci ildə vəfat etmişdir