Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Haqqımızda
13 Fevral , 2015

Nizami rayon ərazisində ilk kitabxana 1968-ci ildə Şirvani adına uşaq kitabxanası olub. Keçmiş Sovetlər Birliyində Mərkəzi Kitabxana Sisteminin yaradılması haqqında 1974-cü ildə SSRİ Nazirlər Soveti tərəfindən qərar verilmişdir. 1 yanvar 1975-ci ildə Bakı şəhərində ilk Mərkəzi  Kitabxana Sistemi (keçmiş Şaumyan rayonu ərazisində) indiki Nizami-Xətai rayonları ərazisində  S.Vurğun adına kitabxananın balansı əsasında yaradılmışdır. Özünəməxsus yaranma tarixi olan bu elm ocağı 1991-ci ilə kimi birgə fəaliyyət göstərmişdir. Fəaliyyəti dövründə kitab təbliğatını yaxşılaşdırmaq məqsədilə  yeni iş üsullarından istifadə edilmişdir. Kitabxana günün tələblərinə uyğun fəaliyyət göstərmişdir.

 Bakı Şəhər Mədəniyyət Nazirliyinin qərarına əsasən 1991-ci ildə Nizami rayonun Mərkəzi Kitabxana Sistemi Xətai rayonundan ayrılıb müstəqil fəaliyyətə başlamışdır. Kitabxanada məlumatın toplanması və oxuculara çatdırılması, yeni texnologiyalardan istifadə  və kitabxana proseslərinin avtomatlaşdırılması istiqamətində bir sıra işlər görülməkdədir. Hazırda kitabxanada oxuculara xidmət (abonoment və oxu zalı)  kitabişləmə və komplektləşdirmə, metodika və biblioqrafiya, elektron informasiya -resurs şöbələri fəaliyyət göstərir. Kitab fondu  266727 nüsxədir.

Mərkəzi Kitabxananın xidmətindən elm adamları, yaradıcı insanlar da istifadə edir. Hər zaman olduğu kimi kitabxanada bayramlar, yubileylərlə bağlı geniş və maraqlı kütləvi tədbirlər, görüşlər, kitab sərgiləri, ədəbi-bədii gecələr, oxucu konfransları, kitab təqdimatları, mühazirələr, söhbətlər keçirilir.  Bu tədbirlərin keçirilməsi  kitabxananın ictimaətlə əlaqəsini möhkəmləndirməyə imkan verir, gənc nəslin daha çox nümayəndəsinin kitaba çox yaxınlaşmasına şərait yaradır. XXI əsrin kitabxanası yalnız mədəni-istirahət mərkəzi deyil, həmçinin informasiya mərkəzidir. İnformasiya isə cəmiyyətin inkişafının əsas faktoru, mədəni irsin vacib hissəsidir.  Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  İnformasiya-resurs şöbəsinin  rəsmi saytı  2011-ci ildən fəaliyyət göstərir. Sayt hər gün daimi olaraq yenilənir, sayta yeni məlumatlar daxil edilir. Kitabxanamızda fəaliyyət göstərən informasiya-resurs şöbəsinin işi kitabxana-filiallarda keçirilən tədbirlərin, söhbətlərin, təşkil olunan sərgilərin saytda işıqlandırılmasını  müxtəlif oxucu kütləsinin kompyuter vasitəsilə yerləşdirilən məlumatların izlənməsinə şərait yaratmaqdır. İnformasiya müxtəlif formalı tədris resurslarına açıq girişi təmin edir  Son məqsəd oxucuları mütaliəyə cəlb etməklə, bu bacarıqları onlarda inkişaf etdirmək, yeniləşən cəmiyyətimizdə yeni düşüncə tərzinə malik insanın yetişməsində fəal rol oynamaqdır. Bu məqsədlə İRM oxuculara kitab və digər informasiya daşıyıcıları vasitəsilə xidmət göstərir. Kitab fondunu əsasən bədii, elmi-kütləvi ədəbiyyat, ensiklopediyalar və lüğətlər, tədris və elmi–kütləvi məlumatlar, zəngin elektron daşıyıcıları, həmçinin dövrü mətbuat təşkil edir. İnformasiya-resurs şöbəsində olan materiallardan istifadə etmək üçün  şagird və müəllimlərin kitabxanamıza abunə olması kifayətdir. Bunun üçün hər bir yeni oxucu informasiya-resurs mərkəzində qeydiyyatdan keçməlidir. Kitabxana daxilində istifadəyə verilən materiallar, yəni lüğətlər və ensiklopediyalar istisna olmaqla, oxucular digər materialları kitabxanadan götürə bilərlər. Oxucuların asudə vaxtlarının səmərəli təşkil olunmasında, dünyagörüşünün formalaşmasında, gələcəyin yeni düşünən nəslinin yetişməsində informasiya-resurs mərkəzinin böyük rolu vardır.Kitabxana təcrübəsində yeni istiqamət kompyuter informasiya texnologiyaların öyrənilməsi, kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması ilə assosiasiya olunmağa başladı. Kitabxanalar ümumiyyətlə ölkəmizin mədəni inkişafında əvəzedilməz rol oynayır. Kitabxanamızın vəzifəsi  kitabxana sərvətlərinin, dünya ədəbiyyatı nümunlərinin etibarlı şəkildə toplanması, qorunması və gələcək nəsillərə çatdırılmasından, onların əhali arasında geniş təbliğindən bəşəri dəyərlərə yiyələnmək, müstəqil yaradıcı vətəndaş yetişdirməkdə fəal yardım etməkdir.  Kitabxanada oxuculra xidmət işinin keyfiyyətini yüksəltmək üçün açıq rəf, ədəbiyyatın seçilməsi üçün qabaqcıl  metodlardan istifadə olunur. Məlum olduğu kimi oxuculara xidmət kitabxananın xidmət şöbələrinin təşkilatı qurluşu ilə müəyyən edilir. Kitabxanamızda müxtəlif ədəbiyyat növləri ilə  kitabxana-biblioqrafiya və məlumat xidməti həyata keçirən oxu zalları vardır. Texniki ədəbiyyat zallarında ümumtəhsil və ümumtexniki fənlər üzrə dərsliklər  və vəsaitlər, elm və texnikanın bütün sahələri üzrə ensklopediya və məlumat kitabları, yeni texniki ədəbiyyat nüsxələri, texnika üzrə dövrü mətbuat toplanmışdır. Oxu zallarında müxtəlif mövzular üzrə ədəbiyyat topluları, sərgilər təşkil edilir, seminar məşğələlər, müxtəlif kütləvi tədbirlər həyata keçirilir. Kitabxana xidmətinin forma və metodları mürəkkəb və çoxsahəli olmaqla özünəməxsus xüsusiyyətlərə malikdir. Kitabxana xidmətinə xüsusi ehtiyacı olan oxucuları var.  Az tapılan ədəbiyyatdan oxu zalında istifadə olunur.  Kitabxananın xidmət şöbəsində təşkil olunmuş  açıq rəf üsulundan daha geniş istifadə olunur. Xidmət şöbəsində təşkil olunmuş açıq rəf məzmununa görə müxtəlifdir. Burada bədii ədəbiyyat öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, oxucular təşkil olunmuş açıq rəfdən evdə istifadə etmək üçün götürə bilirlər. Açıq rəfdə olan ədəbiyyatlar müntəzəm olaraq yeniləşir.Oxuculara xidmət işini asanlaşdırmaq üçün evə kitab verlişini təşkil etmək məqsədilə abonement xidmətindən daha geniş istifadə edilir. Oxucular abonement xidmətindən istifadə edərək ,ev şəraitində mütaliə edirlər. Gənclər  bizim  bu günümüz, həm də gələcəyimizdir. Biz Azərbaycan dövləti, xalqımızın  gənclərinə böyük ümidlə baxırıq.  Bəli Ulu öndərimizin dediyi bu sözləri rəhbər tutaraq üzərimizə düşən ağır və məsuliyyətli vəzifələri var qüvvəsi ilə yerinə yetirmiş, səy və bacarığımızı kütləvi tədbirləriin edilməsinə, mühüm dövlət qərarları, ictimai-siyasi məlumatları oxuculara çatdırmağa çalışmışıq.