Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Azərbaycanın Milli Qəhrəmanları
15 Fevral , 2015
14 fevral 1975-ci ildə Xanlar rayonunun Haçaqaya kəndində dünyaya gəlib. 1990-cı ildə Haçaqaya kənd natamam orta məktəbini bitirdikdən sonra 99 saylı Xanlar rayonu texniki-peşə məktəbində təhsilini davam etdirib. 1993-cü il avqust ayında Hərbi Komissarlıq tərəfindən Milli Orduya çağırılaraq, 6 ay hərbi təlim keçir. Oradan da Qarabağa - döyüş bölgəsinə yollanır. Tərtər bölgəsində döyüşə başlayan Elşad, daha sonra Ağdərə ərazisinin düşmənlərdən təmizlənməsi uğrunda gedən qanlı döyüşdə qəhrəmanlıq nümayiş etdirir. 17 mart 1995-ci ildə dövlət çevirilişi cəhdinin qarşısının alınmasında rəşadət göstərən Elşad Məmmədov qarşı tərəfin gülləsinə tuş gələrək, qəhrəmancasına həlak oldu. Subay idi. 
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Məmmədov Elşad Ramiz oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir. Xanlar rayonunun Qırıqlı kəndində dəfn edilmişdir. Hacıqaya kənd natamam orta məktəbi onun adını daşıyır. Daşkəsən yolu üstündə büstü qoyulmuşdur.