Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
İlin yubilyarları
4 Avqust , 2018
Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub. 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb. Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin şəhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil) , Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb. 1984-ci ildə Ramiz Məlik Respublika Dövlət mükafatına layiq görülüb. 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1998-ci ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub, Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar ordeninə layiq görülüb. 
Filmoqrafiya: İstintaq davam edir (film, 1966), Qaraca qız (film, 1966)(film, kinoalmanax), Dağlarda döyüş (film, 1967), Qanun naminə (film, 1968), Bir cənub şəhərində (film, 1969), Yeddi oğul istərəm... (film, 1970), Nəsimi (film, 1973), Bakıda küləklər əsir (film, 1974), Qatır Məmməd (film, 1974), Babək (film, 1979), İstintaq (film, 1979), Günahsız Abdulla (film, 1984), Qapalı orbit (film, 1984), İşarəni dənizdən gözləyin (film, 1986), Qəm pəncərəsi (film, 1986), Qəzəlxan (film, 1991), Bəyaz həyat (film, 2003), Bir anın həqiqəti (film, 2003), Qüdsi (film, 2007) və s.