Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
İlin yubilyarları
8 Avqust , 2018
Aktyor, xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1965-ci ildə orta məktəbi bitirmişdir. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışmışdır. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynamışdır. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynamışdır. "Özbəkfilm"də, "Mosfilm"də, və başqa studiyalarda filmlərə çəkilmişdir. 1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olmuşdur. 1986-cı ildə "Qanlı zəmi" filmində Səlim bəy obrazını canlandırdığı üçün Azərbaycan SSR dövlət mükafatına layiq görülmüşdür. 1998-ci ildə Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanmışdır. 

Filmoqrafiya: Ulduzlar sönmür (film, 1971), Nəsimi (film, 1973), Qatır Məmməd (film, 1974), Tütək səsi (film, 1975), Vulkana doğru (film, 1977), Toral və Zəri (film, 1979), Super ağcaqanad (film, 1981), Üzeyir ömrü (film, 1981), Toxunma, partlayar! (film, 1982), Yağışlı havalarda (film, 1982), Nizami (film, 1982), Uşaq aləmi (film, 1986), Təzə evlənənlər üçün çətir (film, 1986), Sən həmişə mənimləsən (film, 1987), Yaramaz (film, 1988), Lətifə (film, 1989), Varlığa nə darlıq (film, 1990), Zirzəmi (film, 1990), Sizdən hərəkət... (film, 1992), Yarasa (film, 1995) Yük (film, 1995), Otel otağı (film, 1998), Cavid ömrü (film, 2007), Səni axtarırıq... (film, 2013).