Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Tədbirlər
10 Dekabr , 2018

   07  dekabr 2018-ci il tarixində Nizami rayon MKS-nin Mərkəzi Kitabxanasının xidmət şöbəsi 214 saylı tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Dahi siyasətçi” adlı söhbət keçirildi.

   Söhbətdə əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Sonra kitabxananın əməkdaşı S.Məmmədova Heydər Əliyevin necə böyük və əzəmətli gücə malik olduğundan, bütün həyatını millətinə həsr etməsindən danışdı.  Dahi öndər Heydər Əliyevin  həyat və fəaliyyətinin böyük bir məktəb olduğunu vurğuladı.

  Bütün ömrünü Azərbaycanın tərəqqisinə sərf edən bu müdrik insan, fenomen şəxsiyyət tarixi kəlamlarının birində demişdir: “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim  Vətənimdir, mənim torpağımdır....”

Foto Qalereya