Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Tədbirlər
10 Yanvar , 2019

    09  yanvar 2019-cu il tarixində  Nizami rayon MKS-nin xidmət şöbəsi  61 saylı tam orta məktəbin şagirdləri ilə birgə Azərbaycanın Milli Qəhrəmanı Quliyev Mətləb Kamran oğlunun anadan olmasının 60 illiyi oilə əlaqədar “Qəhrəmanlarmız sönməz məşəldir”adlı söhbət keçirdi.

    Xidmət şöbəsinin əməkdaşı Mustafayeva Rəna öz çıxışında Milli Qəhrəmanın həyatı və keçdiyi döyüş yolu haqqında məktəb şagirdlərinə ətraflı məlumat verdi.O, qeyd etdi ki,Mətləb Quliyev 9 yanvar 1959-cu ildə Beyləqan rayonunda doğulmuşdur. İbtidai təhsilini 3 saylı orta məktəbdə almışdır. Daha sonra o, C.Naxçıvanski adına hərbi məktəbə daxil olur. Hərbi xidmətini isə Ukraynada keçirir. Mətləb daha sonra Azərbaycan Pedaqoji İnstituna daxil olur. 1985-ci ildə leytenant rütbəsi ilə təhsilini başa vuraraq Sumqayıt şəhərində 3 saylı məktəbdə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlayır. 1992-ci ildən DİN-ə işə düzəlir, bununla da onun həyatının narahat günləri başlayır.1992-ci il 31 avqustunda  Ağdam bölgəsində ağır döyüşlər gedirdi. Mənfur erməni quldurları yüksəklikləri ələ keçirmişdilər. Mətləb Quliyev bu ağır döyüşlərdə qəhrəmanlıqlar göstərərək düşmənin bir çox canlı qüvvəsini məhv etmişdir.Mətləbin mərmisinin bitdiyini görən vəhşi azğınlaşmış ermənilər onu hər tərəfdən mühasirəyə alaraq atəş açmağa başladılar o, bu döyüşdə qəhrəmancasına həlak oldu.

     Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə baş leytenant Quliyev Mətləb Kamran oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

   Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Sumqayıt şəhər 3 saylı məktəb qəhrəmanımızın adını daşıyır, məktəbin önündə onun büstü qoyulmuşdur. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub, adına bulaq var.

    Söhbətin keçirilməsində əsas məqsəd Milli Qəhrəmanlarmızı yad edmək və şagirdlərə onları unutmamağı tövsiyə etməkdir.

Foto Qalereya