Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Tədbirlər
14 Avqust , 2019

    14 avqust 2019-cu il  tarixində   Nizami rayon  MKS-nin  Mərkəzi  Kitabxanası 4 saylı  filialla  birlikdə  yay  mövsümü ilə əlaqədar olaraq  azyaşlı  uşaqların  asudə  vaxtlarının  səmərəli keçməsi üçün  “Mütaliə saat”ı  “ keçirdi.

    Kitabxananın işçiləri kitablar haqqında geniş məlumat verdilər.  N.Əhmədova, G.Əsgərova qeyd etdilər ki, mütaliə mədəniyyətinin, dünyagörüşünün formalaşması, nitq mədəniyyətinin zənginləşməsi, kitaba olan marağın artması üçün uşaqlara daimi   qiraət etmək vacibdir.

   İsti yay günlərində belə  “Mütaliə saat”larının təşkil olunması uşaqlar üçün çox yaxşıdır. Belə ki, uşaqlar bir neçə dəqiqəlik də olsa ətraf aləmdən ayrılıb kitaba marağlarını  artırır və onlarda gələcəkdə kitab oxumaları üçün sağlam təməl yaranır.

    “Mütaliə saatı”nın keçirilməsində əsas məqsəd uşaqları kiçik yaşlarından  kitabxanaya cəlb etmək, kitabı sevdirmək, kitabxananın əhəmiyyətini anlatmaq kimi mühüm bacarıqlar aşılamaqdır.

Foto Qalereya