Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Tədbirlər
4 Oktyabr , 2019
04 oktyabr 2019-cu il tarixində Nizami rayon MKS-nin Mərkəzi Kitabxansı 4 saylı filiala birgə 242 saylı tam orta məktəbdə İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar kitab sərgisi təşkil etdi.

Kitab sərgisində məktəbin müəllim və şagirdləri, valideynlər, kitabxananın əməkdaşları iştirak etdi.

Sərgidə Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası Nəsiminin doğma dilimizdə qələmə aldığı ictimai və fəlsəfi şeirləri, seçilmiş əsərləri, qəzəlləri və s. kitabları nümayiş etdirilmişdir. Bununla bərabər məktəblilər üçün 200 -ə yaxın elmin bütün sahələrindən bəhs edən kitablar sərgilənmişdir.
Uşaqların, məktəblilərin intellektual təlabatını inkişaf etdirmək və ödəmək, onların mütaliəyə marağını gücləndirmək imkanı daha çox kitabxanaçıların fəaliyyəti ilə bağlıdır. Buna görə də kitabxana əməkdaşları mütəmadi olaraq kitab sərgiləri, mütaliə saatları təşkil edərək oxucuları kitabxanaya cəlb edirlər.
Təşkil olunmuş sərgi öz məna və məzmununa görə məktəblilərin zövqünü oxşamış, valideynlər və şagirdlər, məktəb kollektivi tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Belə sərgilərin təşkil olunmasının zəruri olduğunu valideynlər və müəllimlər xüsusi vurğulamışlar.
Sərginin təşkil olunmasında məqsəd böyüməkdə olan gənc nəslin intellektual inkişafında kitabın rolunu artırmaq, mütaliəyə  həvəsləndirmək, vətənə sevgi, dostluq, düzgünlük kimi keyfiyyətləri aşılamaqdır.