Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Tədbirlər
6 Noyabr , 2019

6 noyabr 2019-cu il tarixində Nizami rayon MKS-nin xidmət şöbəsinin əməkdaşları 109 saylı tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Aqil Hüseyn oğlu Musayevin anadan olmasının 45 illiyi ilə əlaqədar “Əbədiyyətə qovuşan ömür“ adlı söhbət keçirdi.

Xidmət şöbəsinin işçisi R.Mustafayeva Milli Qəhrəman haqqında ətraflı məlumat vererek qeyd etdi ki, o, 1974-cü il noyabr ayının 3-də Qazax rayonunun Aşağı Əskipara kəndində dünyaya göz açmışdır. 1981-ci ildə birinci sinfə getmiş, 1991-ci ildə onuncu sinfi bitirmişdir. Sonra təhsilini Qazax şəhərindəki 117 saylı texniki-peşə məktəbində davam etdirmişdir. Sürücü peşəsinə yiyələnmişdir.

1993-cü il mayın 18-ndə Qazax rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. O, 777 saylı hərbi hissənin tərkibində cəbhəyə getmişdir. İlk döyüşü Ağdam bölgəsində olmuşdur. Aqil hər dəfə döyüşə yollananda ürəyindən bir arzu keçirdi – torpaqlarımızı tezliklə erməni tapdağından təmizləmək! Döyüşlərdə ölümün gözünə dik baxır, rəşadətlə vuruşurdu. A.Musayev Füzuli və Tərtər bölgələrində də erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda fəal iştirak etmişdir. Füzuli istiqamətində gedən döyüşdə yaralanmışdır. Bir müddət müalicə olunduqdan sonra yenidən səngərə qayıtmışdır. O, böyük arzularla yaşayırdı. Lakin arzuları yarımçıq qaldı. 1994-cü il oktyabrın 5-də, Gəncə hadisələri zamanı qiyamçı dəstənin zərərsizləşdirilməsində iştirak edərkən, qəhrəmancasına həlak oldu.

Söhbətin keçirilməsində əsas məqsəd şagirdləri Azərbaycanın Milli Qəhrəmanları ilə tanış etmək və onları milli ruhda böyümələrinə kömək etməkdir.

Foto Qalereya