Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Azərbaycanın Milli Qəhrəmanları
26 Fevral , 2015

11 may 1975-ci ildə Zaqatala rayonunun Əli Bayramlı kəndində anadan olmuşdur. 1990-cı ildə kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Qax rayonundakı 3 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir.1993-cü ildə Milli Ordu sıralarına çağırılır.

Natiq Məmmədov bir müddət təlim keçdikdən sonra döyüşlərdə iştirak edir. Natiq FüzuliAğdamTərtər cəbhələrində döyüşlərdə iştirak edtmişdir. 1994-cü il 4 oktyabr tarixində silahlı dəstə dövlət çevirilişinə cəhd etdi. Onlara xəbərdarlıq edilsə də silahı yerə qoymadılar. Dəstənin zərərsizləşdirilməsi zamanı Məmmədov Natiq dövlətçiliyimiz uğrunda canını qurban verdi. Subay idi. 

Azərbaycan Resublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə Məmmədov Natiq Bəşir oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Zaqatala rayonunun Əli Bayramlı kəndində dəfn edilib. Buradakı uşaq baxçası qəhrəmanımız Natiqin adını daşıyır.