Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Tədbirlər
30 Noyabr , 2019

 

        30 noyabr 2019-cu il tarixində Nizami rayon MKS-in Mərkəzi Kitabxanasında “Mirvarid Dilbazi Məclisi” ilə birlikdə Özbəkistan Yazıçılar Birliyinin üzvləri, şairələr Oktamay Xaldarova və Gülçöhrə Şahaboddinqızı ilə görüş keçirildi. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman, Azərbaycan-Özbəkistan-Türkmənistan Ədəbi Əlaqələr şöbəsinin müdiri Almas Ülvi Binnətova, “Buta" Humanitar Uşaq Fondunun prezidenti Nazim İbadov,“Mirvarid Dilbazi Məclisi”nin sədri şair-publisist Güllü Eldar Tomarlı, Əməkdar jurnalist Şəmsiyyə Kərimova, şairə Nəcibə Dərələyəzli, Milli Elmlər Akademiyasının özbək şöbəsinin elmi işçisi, şairə Nahidə Əhmədova, aşıqlar Ayşə Səyyadqızı, Pakizə Musaköylü, Nizami Rayon MKS-in direktoru Sevil Əliyeva və kitabxana kollektivi iştirak etdilər.

         Tədbiri giriş sözü ilə Fəridə Ləman açaraq  özbək şairələrin yaradıcılığı haqqında məlumat verdi. O, qeyd etdi ki, onlar Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında mühüm xidmətlər göstərib, Xocalı soyqırımına aid dastan yazıb, həmçinin Xalq yazıçısı Anarın, Nəbi Xəzrinin və digər yazarlarımızın əsərlərini özbək dilinə tərcümə ediblər.

         Şairələr Oktamay Xaldarova və Gülçöhrə Şahaboddinqızı həm özbək, həm də azərbaycan dilində şeirlər oxudular, yardıcılıqları haqqında məlumat verdilər.

         Çıxış edənlər Özbəkistandan gələn şairələrə gələcək yaradıcılıqlarında uğurlar arzuladılar. 

Foto Qalereya