Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Tədbirlər
10 Yanvar , 2020

10 yanvar 2020-ci il tarixində Nizami rayon MKS-nin xidmət şöbəsinin əməkdaşları 109 saylı tam orta məktəbdə rus yazıçısı A.P.Çexovun anadan olmasının 160 illiyi ilə əlaqədar “XIX əsrin ədəbi siması” adlı söhbət keçirdi.

İnformasiya texnologiyaları üzrə mütəxəssis  Ü.İsrafilova görkəmli rus yazıçısının pyesləri və qısa hekayələri, klassik əsərləri haqqında oxuculara məlumat verdi: “Dünya ədəbiyyatında görkəmli yərlərdən birini tutan böyük rus yazıçısı A.P.Çexov öz əsərlərində yaşadığı dövrün real səhnələrini, ictimai həyatın səciyyəvi tərəflərini əks etdirmişdir. Lev Tolstoy onu “nəsrin Puşkini” adlandırırdı. Ziyalıların xalq qarşısında məsuliyyəti mövzusu, xalq taleyinə etinasızlıq, meşşanlıq, qına çəkilmək kimi mənəvi eybəcərliklərin tənqidi,  insani keyfiyyətləri və müsbət idealları puç etməsi Çexov yaradıcılığının leytmotividir. Həkayə sahəsindəki fəaliyyəti ilə bütün dünya ədəbiyyatında diqqəti cəlb etmiş Çexov üçün bir novator yazıçı kimi təmkinli, lakonik təhkiyə üslubu xarakterikdir. Əsas diqqəti qəhrəmanın daxili aləminə yönəldən müəllifin əsərlərində, adətən, gərgin süjet, konflikt yoxdur. Həmin əsərlərdəki özünəməxsus yumor bu mənada lirik təbəssümü, ciddi istehza və satiranı özündə birləşdirən tragikomik gülüşdür. Onun "6 N°-li palata", "Məmurun ölümü", "Cərrahlıq", "Maska", "Yaylaqçılar", "At familiyası", "Xoşbəxtlik", "Anna nişanı" və başqa əsərləri indi də maraqla oxunur.

Söhbətin keçirilməsində əsas məqsəd dünya ədəbiyyatı yazıçılarını oxuculara tanıtmaqdır.                                                                                                                                                                                                                                                                                                          

Foto Qalereya