Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Tədbirlər
17 Yanvar , 2020
17 yanvar 2020-ci il tarixində Nizami rayon MKS-nin uşaq şöbəsi 129 saylı uşaq bağçası ilə birlikdə 20 yanvar faciəsinin 30 illiyi ilə əlaqədar “Gecə qan ağlayırdı” adlı tədbir keçirdi.
Tədbirdə uşaqların söylədiyi şeirlər, göstərdikləri səhnəciklər tədbir iştirakçılarını kövrəltdi və o illərə apardı.
1990-cı il yanvar ayının 20-si Azərbaycan tarixinə ən faciəli günlərdən biri kimi daxil olmuşdur. 30 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Bakının ən uca nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. 20 yanvar qurbanlarının və Ermənistan hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır.
Hər il yanvar ayının 20-də on minlərlə insan vətənin azadlığı uğrunda canlarından keçmiş oğul və qızlarımızın əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edirlər.
Tədbirin keçirilməsinin əsas məqsədi 20 yanvar faciəsini uşaqların yaddaşına yazmaq və onların vətənpərvər ruhda böyümələrinə kömək etməkdir.
Foto Qalereya