Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Tədbirlər
17 Yanvar , 2020

17 yanvar 2020-ci il tarixində Nizami rayon Mərkəzi Kitabxanası 109 saylı tam orta məktəbin nəzdində yerləşən 13 saylı Zəngilan məktəbi ilə birlikdə 20 Yanvar faciəsi ilə bağlı “Tariximizin qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirdi.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranlarıİctimai Birliyinin Zəngilan rayonu şöbəsinin sədr müavini Ə.Qarayev, Qarabağ qazisi M.Şahməmmədov, Zəngilan məktəbinin müəllim və şagirdləri, kitabxananın kollektivi iştirak etdi.

 Bir dəqiqəlik sükutla şəhidlərin əziz xatirəsi yad edildi. Tədbir boyu 20 yanvara aid videoçarx nümayiş olundu.

Tədbiri giriş sözü ilə məktəbin direktoru A.Niftəliyev açdı. O, qeyd etdi ki, xalqımızın mərdliyi, torpağını, Vətənini qəlbən sevməsi, onun uğrunda canından keçməyə hazır olduğu tarix boyu sübut edilib. 1990-cı il yanvarın 20-də xalq öz rəşadətini, qəhrəmanlığını, qorxmazlığını bir daha nümayiş etdirdi. Həmin gün özlərini qurban verən oğul və qızlarımız Azərbaycanın şanlı tarixinəöz adlarını qızıl hərflərlə həkk ediblər. Qədirbilən xalqımız bu insanları heç zaman unutmayacaq və onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Sonra şagirdlərin iştirakı ilə 20 yanvara həsr edilmiş kompozisiya nümayiş olundu. Məktəbin müəllimləri  H.Qasımova, A.Səmədova, M.Rəsulova və MKS-nin xidmət şöbəsinin müdiri Y.Babayeva 20 Yanvar hadisələri haqqında danışdılar.

Tədbirdə 20 yanvar hadisələrinə aid şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi də təşkil olunmuşdur.

Foto Qalereya