Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Tədbirlər
22 Yanvar , 2020

 22 yanvar 2020-ci il tarixində Nizami rayon MKS-nin xidmət şöbəsi 109 saylı tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Abbasov Mehdi Yusif oğlunun anadan olmasının 60 illiyi ilə əlaqədar “Yaddaşlarda yaşayan igidlər” adlı söhbət keçirdi.

Xidmət şöbəsinin böyük kitabxanaçısı R.Mustafayeva öz çıxışında “Mixaylo” ləqəbli Mehdi haqqında danışdı. O, qeyd etdi ki, o, döyüşlərdə göstərdiyi şücaətə görə 4 dəfə DİN-nin mükafatına layiq görülmüşdür. Onun son döyüşü 13 yanvar 1992-ci ildə oldu. Məlikcan postu ətrafında qızğın döyüşlər gedirdi. Mehdi həmişə olduğu kimi yenə də ön xətdə vuruşurdu. Bu ölüm-dirim mübarizəsində snayper gülləsi onu başından ağır yaraladı. Döyüş dostu onu, çətinliklə də olsa, təhlükəli zonadan çıxara bildi. Lakin güllə öz işini görmüşdü. Həmin gün o, əbədi olaraq gözlərini yumdu. Vətən yolunda canını fəda edən Vətən övladı əslində ölmür, əksinə, ölümü ilə ölümsüzlük qazanır, şəhidlik adını yüksəldir.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə baş leytenant  Abbasov Mehdi Yusif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Söhbətin keçirilməsinin əsas məqsədi dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək olan igidlərini oxuculara tanıtmaqdır.

Foto Qalereya