Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Tədbirlər
3 Fevral , 2020
03 fevral 2020-ci il tarixində Nizami rayon MKS-nin xidmət şöbəsi 109 nömrəli tam orta məktəbdə Gənclər günü ilə əlaqədar “Gənclər zamanın nəbzidir” adlı söhbət keçirdi.
Xidmət şöbəsinin böyük kitabxanaçısı R.Mustafayeva qeyd edərək bildirdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında dərin izlər buraxıb. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi qoruyub yaşadır. Hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bu günü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur.
Ümummilli liderimiz həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyirdi. O, qeyd edirdi ki, “Azərbaycanın gələcəyi gənclərin əlindədir. Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müsəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Söhbətin keçirilməsinin əsas məqsədi gələcəyə inamla addımlamağı tövsiyə etməkdir.
Foto Qalereya