Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Tədbirlər
13 Fevral , 2020
13 fevral 2020-ci il tarixində Nizami rayon MKS-nin xidmət şöbəsinin əməkdaşları 109 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı Seyidov Mirəsgər Mirabdulla oğlunun anadan olmasının 50 illik yubileyi ilə əlaqədar “Vətən oğlu, Vətən səni unutmaz” adlı söhbət keçirdi.
Böyük kitabxanaçı R.Mustafayeva  qeyd etdi ki, M.Seyidov 6 fevral 1970-ci ildə Babək rayonunun Qaraxanbəyli kəndində doğulmuşdur. 1987-ci ildə 39 saylı Naxçıvan şəhər orta məktəbini bitirdikdən sonra, bir müddət doğma kəndlərində çalışmışdır. 1988-ci ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. 
Ermənilərin “Böyük Ermənistan” yaratmaq xülyası ilə törətdikləri vəhşiliklər qədim Naxçıvan torpaqlarından da yan keçməmişdi. Erməni yaraqlıları Naxçıvanın kəndlərinə aramsız hücumlar edərək torpaqlarımızı Azərbaycandan qoparıb öz caynaqlarına almağa çalışırdılar. Bu çətin günlərdə Vətənin igid oğulları öz canları, qanları bahasına torpaqlarımızı yağı düşməndən qoruyurlar. M.Seyidov könüllü olaraq Babək rayonu Yuxarı Buzqov kənd özünümüdafıə batalyonunun tərkibində vuruşurdu. Kəndin müdafiəsində igidliyi və cəsurluğu ilə fərqlənmişdi. M.Seyidov bir neçə dəfə, ən çətin məqamlarda döyüşçü dostlarının köməyinə çatmışdı. Onun son döyüşü isə 1992-ci il iyun ayının 14-də oldu. M.Seyidov bu dəfə yoldaşlarını xilas edərkən ağır yaralandı və şəhidlik zirvəsinə yüksəldi.
Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1992-ci il tarixli 367 saylı fərmanı ilə Seyidov Mirəsgər Mirabdulla oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Söhbətin keçirilməsində əsas məqsəd Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunması üçün mübarizə aparan igidlərimizi oxuculara tanıtmaqdır.

Foto Qalereya