Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Tədbirlər
14 Fevral , 2020
14 fevral 2020-ci il tarixində Nizami rayon MKS-nin uşaq şöbəsi 272 nömrəli tam orta məktəbdə  Azərbaycanın  Milli Qəhrəmanı Faiq Qəzənfər oğlu Rəfiyevin anadan olmasının 65 illik yubileyi  ilə əlaqədar “Unudulmazlar” adlı söhbət keçirdi.
Sistem inzibatçısı  F.Paşayeva Milli Qəhrəmanın həyatından danışaraq qeyd etdi ki, Faiq Rəfiyev 1955-ci il fevral ayının 22-də Füzuli rayonunun Sarıcıq kəndində anadan olmuşdur. 1972-ci ildə Qaravollu kənd orta məktəbini bitirmişdir. 1973-1975-ci illərdə Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. Ordudan təxris olunaraq, Plistesk rayonunda milis vəzifəsində çalışmışdır. 1990-cı ildə 20 Yanvar faciəsindən sonra vətənə qayıdaraq, Xocavənd rayonunda  sahə müvəkkili işləmişdir. Axullu, Tuğ, Qarabağlı kəndlərinin düşməndən qorunmasında qəhrəmanlıq göstərmişdir. Cəsur döyüşçü 1992-ci il yanvar ayının 1-də Kocbəy kəndinin erməni quldurlarından təmizlənməsi zamanı qəfil  atılan güllə ilə həlak olmuşdur. 
Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Rəfiyev Faiq Qəzənfər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Doğulduğu  Sarıcıq kəndində dəfn edilmişdir. Lökbatan qəsəbəsindəki 166 nömrəli orta məktəb qəhrəmanın  adını daşıyır. 
Söhbətin keçirilməsinin əsas məqsədi şagirdlərə Milli Qəhrəmanlarımızı tanıtmaq və onların milli ruhda böyümələrinə kömək göstərməkdir.
Foto Qalereya