Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Tədbirlər
14 Fevral , 2020
14 fevral 2020-ci il tarixində Nizami rayon MKS-nin uşaq şöbəsi 272 nömrəli tam orta məktəbdə Beynəlxalq  Kitab Bağışlama günü ilə əlaqədar “Kitab ömrün mənasıdır” adlı söhbət keçirdi.
Şöbənin işçisi F.Paşayeva danışaraq qeyd etdi ki, 14 fevral -Beynəlxalq Kitab Bağışlama günü təqvimdə  ən gənc bayramıdır.
Bu gün uşaqların kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildə meydana gələn bu bayram  ABŞ-da məşhur Delightful Childrens Books uşaq kitabı saytının yaradıcısı Emmi Bro-dmoorun adı ilə bağlıdır. Bu dünya ona balaca oğlu vermişdir. O, anasından soruşmuşdur ki, niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün yoxdur. Bu səbəbdən hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət , böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır. 
Söhbətin keçirilməsinin əsas məqsədi bu günü şagirdlərinin yaddaşıəna yazmaq və onları mütaliəyə həvəsləndirməkdir.
Foto Qalereya