Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Tədbirlər
19 Fevral , 2020
   19 fevral 2020-ci il tarixində Nizami rayon MKS-nin uşaq şöbəsi 272 nömrəli tam orta məktəbdə Beynəlxalq Ana Dili Günü ilə əlaqədar  “Dil dövlətin  təsdiqidir” adlı söhbət keçirdi.
    Söhbətdə şöbənin işçisi  A.Cəfərova bu mövzu ətrafında danışaraq qeyd etdi ki, hər il fevral ayının 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. Birləşmiş Millətlər Təşkilatının 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü əsasında belə bir tarixi qərar qəbul etməsi ötən əsrin ortalarında Pakistanda, benqal dilinin sıxışdırılması zəminində baş verən hadisələrlə bağlı olmuşdur. 1952-ci il fevralın 21-22-də Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz əlaməti olaraq keçirilmiş dinc kütləvi aksiyalarda qətlə yetirilmiş 4 nəfərin xatirəsinə ehtiram olaraq Banqladeş  nümayəndələri fevralın 21-i tarixin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunması barədə məsələ qaldırmışlar. BMT-nin ali mədəniyyət qurumu olan YUNESKO-nun 1999-cu ilin noyabrında keçirilmiş baş konfransında fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan olunmuşdur.
     Ümummilli liderin 2001-ci il 9 avqustda imzaladığı "Azərbaycan Əlifbası və Azərbaycan Dili gününün təsis edilməsi haqqında "Fərmana əsasən hər il avqust ayının 1-i ölkəmizdə Azərbaycan Əlifbası Dili Günü kimi qeyd edilir. 
     Söhbətin keçirilməsinin əsas məqsədi şagirdlərə bu günün məqsədini anlatmaq və onlara öz doğma dillərini sevdirməkdir.
Foto Qalereya