Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Tədbirlər
23 Fevral , 2020
   23 fevral 2020-ci il tarixində Nizami rayon MKS-nin Mərkəzi Kitabxanası və 4 nömrəli filialı “Çinar harayı” Məclisi ilə birlikdə Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar  “Xocalı harayı” adlı tədbir keçirdi.
   Tədbirdə şair-publisist, “Çinar harayı” ədəbi məclisinin sədri Tahirə Məğrur, prezident təqaüdçüsü şairə Zeynəb Bəhmənli, şair-publisist Şükür Museyibli, "Elm və Təhsil" qəzetinin baş redaktoru Pərixanım Mikayılqızı, mədəniyyət işçisi, muğənni Aida Adıgözəl, aktyor Nizam bəy, şair-illahiyyatçı Qönçə Zeynalova, şairə Həcər Qələbə, şair-yazar İltimas Səmimi, şairə Kifayət Bərdəli, İzmir Yazarlar birliyinin üzvü, “İlin gənc şairi”, Press tv-nin təsisçisi Ülvi Ələkbərzadə, Nizami rayon MKS-nin əməkdaşları iştirak etdilər.
    İlk öncə Xocalı Soyqırımı şəhidlərinin ruhları bir dəqiqəlik sükutla yad edildi.
  Çıxış edənlər Xocalı faciəsinin dəhşətlərindən danışaraq qeyd etdilər ki, Xocalı faciəsi dünya tarixində görülməmiş bir faciədir. 28 il bundan əvvəl erməni daşnakları bütün ölkənin gözü qarşısında Xocalıda soyqırım hadisəsini törətdilər. Heç bir günahı olmayan dinc əhalini vəhşicəsinə qətlə yetirdilər. İnsanların diri-diri yandırılması, başlarının kəsilməsi, üzlərinin dərisinin soyulması, körpə uşaqların gözlərinin çıxarılması, süngü ilə hamilə qadınların qarınlarının yarılması bunlar erməni vəhşiliklərinin Xocalı soyqırımındakı təzahürləridir.
  Sonra Mərkəzi Kitabxananın Metodika və biblioqrafiya şöbəsinin müdiri S.Nağıyeva  M.Gülgünün “Şəhid balalara “ adlı  şeirini söylədi.
  Kitabxanada “Xocalı harayı” başlığı altında sərgi təşkil edilimişdir. Gələn qonaqlar sərgi ilə yaxından tanış oldular. 
 Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslə Xocalı faciəsində ermənilərin törətdikləri vəhşilikləri unutdurmamaq, onlarda vətənpərvərlik hisslərini  oyatmaqdır.
Foto Qalereya