Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Tədbirlər
14 İyun , 2020
14  iyun 2020-ci il tarixində  Nizami rayon MKS-nin uşaq şöbəsində uşaq ədəbiyyatı ilə bağlı sərgi təşkil edilmişdir.
Təşkil olunmuş sərgidə "Ağ göyərçin", "Leyləyin intiqamı", "Yer üzünün mələkləri", "Xurcun","Sirli dolça" və s.kitablar öz əksini tapmışdır.
 Uşaq ədəbiyyatı uşaqlar üçün nəzərdə tutulmuş ədəbiyyatdır. Ədəbiyyatın digər sahələri kimi uşaq ədəbiyyatının da əsası uşaq folkloruna (xüsusən,nağıllara, laylalara, oxşamalara və s.-yə) söykənir. Ancaq Azərbaycanda peşəkar uşaq ədəbiyyatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. XX əsrin əvvəllərindən başlayaraq maarif və mədəniyyət sahəsində ciddi canlanma əmələ gəldi: bir sıra maarif ocaqları, xeyriyyə cəmiyyətləri, nəşriyyatlar, kitabxanalar yaradıldı. Uşaq ədəbiyyatı ilə məşğul olan yazıçılar ilk növbədə yeni üsullu məktəblər üçün hazırlanan dərsliklərin səhifələrində, dövri mətbuatda, xüsusilə, uşaq dövri mətbuatında öz əsərlərini çap etdirirdilər. Yeni üsullu məktəblər yeni məzmun və mündəricəli dərsliklərin yaranmasını təxirəsalınmaz bir məsələ kimi qarşıya qoymuşdu. Bu sahədə cəsarətli addımlar atan N.Nərimanov hələ 1899-cu ildə “Türk Azərbaycan dilinin müxtəsər sərf-nəhvi” kitabını yazmış, sabit ədəbi dil və vahid imla qaydalarından bəhs etmişdir. O, həmçinin, S.M.Qənizadə ilə birlikdə “Sovqat” (1896) adlı şəkilli uşaq jurnalı və “Məktəb” (1900) adlı elmi-pedaqoji aylıq jurnal nəşr etmək təşəbbüsündə olmuşdur. .