Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Xəbərlər
13 Avqust , 2020
Bu gün Azərbaycan Respublikasının Xalq artisti Elmira Allahverdi qızı Rəhimovanın doğum günüdür.
Rəhimova Elmira Allahverdi qızı 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Azərbaycan Dövlət Dillər İnstitutunu (1970), Azərbaycan Dövlət Musiqi Texnikumunu (1965) bitirmişdir.
1956-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Teleradio Verilişləri Şirkətinin solistidir.50-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınmış, Hindistanın Baş naziri C.Nehrunun dəvəti ilə iki dəfə (1957-59, 1961) Hindistanda olmuş, hind mahnı və rəqslərini öyrənmişdir. Azərbaycan bəstəkarlarının mahnılarını özünəməxsus ustalıqla ifa etmişdir. Dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış etmişdir. Bir oğlu və iki nəvəsi vardır.
Elmira Rəhimova bir müddət Hindistanda yaşayıb. Müğənninin açıq səma altında oxuduğu Qənbər Hüseynlinin "Cücələrim" mahnısı sürəkli alqışlarla qarşılanır. Ən maraqlısı o idi ki, 30 minlik hind tamaşaçısı mahnını xorla oxuyur və sonra müğənnidən həmin mahnını təkrar etməsini xahiş edirlər.
Mükafatları
Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 24 fevral 1979
Azərbaycan Respublikasının Xalq Artisti — 27 oktyabr 2000