Nizami rayon Mərkəzi Kitabxanası

Nizami rayon MKS-i
Azərbaycanın Milli Qəhrəmanları
11 Mart , 2015

Bəhruz Mənsurov 1975-ci il 13 mart tarixində Yardımlı rayonunun Telavar kəndində doğulmuşdur. 1993-cü ildə Bakı Ali Hərbi Komandirlər Məktəbinin sərhəd fakültəsinə daxil olmuşdur. 1995-ci il Mart hadisələri baş verərkən ordu sıralarında xidmət edirdi. 13-17 mart hadisələri zamanı o, dövltəçiliyimiz uğrunda silahlı dəstənin zərərsizləşdirilməsində iştirak edir və bu qarşıdurma zamanı qəhrəmancasına həlak olur. Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 04 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Mənsurov Bəhruz Qəhrəman oğlu ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülmüşdür. Yardımlı rayonunun Telavar kəndində dəfn edilib.

Dövlət Sərhəd Xidmətinin Göytəpə Sərhəd Dəstəsinin 16-cı zastavası Bəhruz Mənsurovun adını daşıyır.Oxuduğu orta məktəb onun adını daşıyır. Sumqayıtın 16-cı mikrorayonunda yerləşən bulaq-abidə kompleksi onun adını daşıyır